“Qaynım gəlinimin yanında lüt gəzirdi” - Bakıda bağ evində QANLI OLAY

Bakının Xəzər rayonunda 1961-ci il təvəllüdlü Famil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qaynı Mehdini (adlar şərti verilib - red.) bıçaqlayıb.

"DogruXeber.az"ın Teleqraf.com-a istinadən əldə etdiyi məlumata görə, Famil 9 avqust 2021-ci ildə, saat 09.10-da yaşadığı Zirə qəsəbəsi, Bağlar sahəsində yerləşən bağ evinin həyətində qaynı Mehdi ilə mübahisə edib.

Mübahisə zamanı Famil qaynı ilə əlbəyaxa olub, bir-birilərinə zərbələr vurublar.

Famil mətbəxdən götürdüyü bıçaqla Mehdini qarın nahiyəsindən bıçaqlayıb. Mehdiyə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Familin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, yay aylarında ailə üzvləri ilə birlikdə Zirə qəsəbəsindəki bağ evində yaşayır:

"Həyat yoldaşımın qardaşı, yəni qaynım Mehdi da öz ailəsi ilə birlikdə mənim bağ evimin qonşuluğunda yaşayır. Mehdi tez-tez köynəyini çıxarıb, qurşağa qədər lüt bədənlə hasara çıxaraq həyətimə baxırdı. Evdə gəlinim olduğundan buna görə Mehdiyə dəfələrlə irad bildirmişəm. Mehdi iradlara məhəl qoymadı, hərəkətlərini davam etdirdi".

Təqsirləndirilən şəxsin sözlərinə görə, sonuncu dəfə avqustun 8-də öz həyətində bir qədər spirtli içki qəbul edib, ailə üzvləri ilə söhbət zamanı oğlu Mahirə əvvəllər də olduğu kimi "dayısına oxşamış" deyib, Mehdinin ünvanına "namussuz" sözü işlədib:

"Həmin vaxt Mehdi bu sözümü eşitdi. Avqustun 9-da səhər saat 09-10 radələrində həyətimdə oturaraq səhər yeməyi üçün mətbəx bıçağı ilə kolbasa və pendir doğrayan zaman Mehdi ora gəldi. Mənə yaxınlaşdı, bir gün əvvəl ünvanına dediyim sözləri təkrar edə bilib-bilmədiyimi soruşdu. Mən də dedim ki, təkrar edərəm. Mehdi əlindəki naməlum əşya ilə qoluma, çənəmə və bədənimin müxtəlif nahiyələrinə vurmağa başladı. Sonra əlbəyaxa olduq".

Famil qeyd edib ki, bu zaman Mehdinin zərbələrinin qarşısını almaq məqsədilə əsəbləşib və masanın üzərindəki mətbəx bıçağını götürərək onun qarın nahiyəsinə vurub: "Bundan sonra Mehdi həyətdən çıxaraq evinə tərəf qaçdı. Qardaşı Əlvan onu xəstəxanaya apardı. Özüm isə evdən çıxdım və Yasamal rayonunda yerləşən evimə getdim. Sonra Xəzər rayon Polis İdarəsinə gəldim".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Famil Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Oxunub: 528

Son xəbərlər

Bəzi xarici jurnalistlərin akkreditasiyasından imtina olunacaq - SİYAHI

“Milyonerlər məhəlləsi”ndə ÖLÜM HADİSƏSİ

Pozduran Dadaş, “Demirören Holding”, “Scientific Games” və milyonlar…

Kim Çen In maska rejimini ləğv etdi

İlham Əliyev Ermənistana xəbərdarlıq edib

Azərbaycan nefti ucuzlaşdı

700 bal toplayan qız Azərbaycan universitetlərindən imtina ETDİ

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!

"Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir"- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.

Prezidentdən Azərpaşa Nemətovla bağlı SƏRƏNCAM

Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM

Rəisi və Putin istəməsə də:Türkiyə artıq Qafqazdadır - GƏLİŞMƏ

Səfər Mehdiyevin GÖMRÜKDƏKİ LƏPİRİ... - "RAMAL-TRANS" HOQQASI DAVAM EDİR...

"İpoteka kreditinin şərtləri yumşaldılıb" - Mərkəzi Bank

Avstraliya Liberal Partiyasından Azərbaycana qarşı TƏXRİBAT

Çörəyin qiyməti bahalaşa bilərmi? - AÇIQLAMA

Azərbaycanda benzin və dizel istehsalı AZALIB

Respublika Dəri-Zöhrəvi Mərkəzi XƏSTƏLİK YAYIR - İLGİNC FAKTLAR

Putin Təhlükəsizlik Şurasının iclasını keçirdi

Azərbaycanda qaz tarifləri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Şənbə gününə olan hava proqnozu

Azərbaycanda dollar bahalaşa bilərmi? - AÇIQLAMA

Cinayət törədən qadınların sayı artıb

Azərbaycan-İran sərhədində atışma: Yaralanan var

Məktəbli Formalarının Satışa Çıxarılacağı Vaxt Açıqlanıb

Qafqazda ruslara ən çox bu millət NİFRƏT EDİR...

Prezident və xanımı Qobustana getdi

"Türkiyə bilməlidir ki, odla oynayır" - İranlı diplomat

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən AÇIQLAMA

Bütün xəbərlər