gundem / iqtisadiyyat / sosial
15.01.2022, 10:58
Azərbaycan əhalisi ötən il avtoyanacağa 2,5 mlrd. manat xərcləyib
DogruXeber.az: - 2021-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2,494 mlrd. manat xərclənib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.
Təkcə dekabr ayında əhali avtoyanacağa 200,9 mln. manat xərcləyib ki, bu da noyabr ayı ilə müqayisədə 6,9%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 25,1% çoxdur.