gundem / Təhsil / hadise
15.01.2022, 12:45
AMEA-nın şöbə müdiri vəfat etdi - FOTO
Tanınmış fəlsəfə elmləri doktoru professor Əlikram Tağıyev dünyasını dəyişib.
"DogruXeber.az" lent.az-a istinadən xəbər verir ki, bu barədə professorun yaxınları məlumat yayıblar.
Ə.Tağıyevin 77 yaşında qəflətən vəfat etdiyi bildirilir.
Qeyd edək ki, Əlikram Tağıyev AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu “Məntiq” şöbəsinin müdiri vəzifəsində çalışıb.