Minimum pensiya məbləği artdı: Problem nədədir?

Pərviz Heydərov yazır...
DogruXeber.az: - Ölkədə aylıq minimum pensiya məbləğinin bu il yanvarın 1-dən 20 faiz artılaraq 240 manat təşkil etməsi ilə əlaqədar bütün əmək pensiyaçılarında böyük gözləntilər yaranıbmış.

Bu, Bakı və Abşeron rayonu üzrə bu ilin ilk əmək pensiyaları ödənildikdən dərhal sonra üzə çıxdı. Belə ki, minimum pensiya məbləği artdığından bunun, bütün əmək pensiyaları məbləğlərinə təsir edəcəyi zənn edilirmiş.

Odur ki, çoxları öz əmək pensiyalarında artım olmadığını gördükdə narazılıq yaranıb. Halbuki bu, çox yanlış gözlənti olub. Və ona görə də yaranmış narazılıq təəssüf doğurdu.

Bəs, bu gözləntiyə əsas yaradan amil və səbəb nə idi?! Ən böyük səbəb sözsüz, bu sahədə müvafiq qurumlar tərəfindən əhaliyə vaxtında lazımi sadə izahın verilməməsi və yalnız, ümumi rəqəmlərin açıqlanması hesab olunur.

Belə ki, bəli, minimum aylıq əmək pensiyası məbləğinin 2022-ci ildən 20 faiz artırılaraq 200 manatdan 240 manata çatdırılması sayca 65 min nəfəri əhatə edir və bunun da 21 min nəfəri hələ il ərzində pensiyaya çıxacaq şəxslər hesab olunur. Və ümumi artım üçün isə il üzrə 13,2 milyon manat əlavə vəsait ayrılıb.

Lakin izah edilməli idi ki, minimum pensiya məbləğinin artımı nəticəsində yeni yaranan məbləğdən artıq pensiya alanların pensiyalarına bu, təsir edəcəkmi və yaxud, təsir etməyəcəyinin səbəbi nədir?!

Çünki minimum pensiya minimum aylıq maaş deyil və eyni mexanizm rolunu oynamır. Minimum aylıq əməkhaqqı məbləği artırılan zaman hökumətin təsdiq etdiyi 19 pilləli Vahid Tarif Cədvəli üzrə büdcə təşkilatlarında çalışan demək olar bütün işçilərin əməkhaqlarında artım baş verir. Minimum pensiyada isə belə deyil.

Ümumiyyətlə, minimum pensiya məbləği dedikdə ölkə üzrə ödənilən ən aşağı pensiya məbləği nəzərdə tutulur ki, bu sahədə artımla bağlı qərar verildikdə minimum pensiyadan artıq pensiya alanların məbləğlərinə təsir etmir.

Əlbəttə, bu yazının müəllifi olaraq mən də hesab edirəm və vaxtilə təklif də etmişəm ki, gələcəkdə minimum pensiya məbləğinin də qaldırılması əməkhaqqı sistemində minimum əməkhaqqının oynadığı rol qədər bütün pensiya məbləğlərinə təsir etsin və buna dair müvafiq mexanizm işlənib hazırlansın.

Ən əsas da o səbəbdən ki, bunun indeksləşdirilmədən nə dərəcədə effektli ola biləcəyi ciddi şəkildə təhlil edilib hesablansın. Çünki buna böyük ehtiyac var.

Çünki ölkədə əmək pensiyaları əsasən, hər il indeksləşdirilmə yolu ilə artırılır. Belə ki, ənənəvi olaraq hər ilin əvvəlində keçən il ərzində ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin hansı tempdə və yaxud faiz çərçivəsində artdığı nəzərə alınaraq bütün növ əmək pensiyaları həmin rəqəmə uyğun olaraq artırılır, yəni indeksləşdirilir.

Bu, dövlət başçısının sərancamı ilə ildə bir dəfə həyata keçirilir.

Xatırladım ki, 2018-ci ilədək isə bu, əvvəlki il ərzində istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisi nəzərə alınaraq həyata keçirilirdi. Yəni, orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizinə görə deyil.

Bundan əlavə, pensiyalar baza və sığorta hissələrindən ibarət idi. Və indeksləşdirilmə də əmək pensiyalarının yalnız sığorta hissəsinə tətbiq edilirdi.

Hazırda isə pensiyalar hamısı sığorta hissədən ibarətdir.

Bu isə o deməkdir ki, əvvəlki ildə ölkə üzrə orta aylıq nominal əməkhaqqı məbləğinin yüksəliş tempi və yaxud faizi göstəricisinə əsasən indeksləşdirmə pensiyaların bütün məbləğlərinə tətbiq olunaraq həyata keçirilir.

Sözüm bunda deyil. Bu il ərzində də pensiyalar indeksləşdiriləcək. Buna dair dövlət başçısının bu yaxınlarda müvafiq sərəncamı olacaq. Və odur ki, bütün növ əmək pensiyalarının artımı hələ qarşıdadır.

Ancaq iş ondadır ki, bu, keçən ildəkindən aşağı səviyyədə olacaq. Ona görə ki, 2020-ci il ərzində ölkədə orta aylıq əməkhaqqı üzrə artım göstəricisi 13 faiz təşkil etmişdi. Ondan əvvəlki il ərzində isə - 2019-cu ildə 16,6 faiz...

Ümumiyyətlə, 2019-ci il ərzində 2020-ci ilin 1 yanvar tarixinə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi həmin ilədək heç bir il ərzində qeydə alınmamışdı. Çünki əhalinin gəlirləri 2019-cu ildəki qədər heç bir ildə artmayıb.

Yola saldığımız 2021-ci il ərzində isə sözügedən göstərici hələ açıqlanmasa da 3 faiz civarında təşkil edir. Və odur ki, indeksləşdirilmə də məhz qeyd olunan rəqəm həddində həyata keçiriləcək.

Sözüm nədədir, deyim. İndeksləşdirmənin əvvəlki il ərzində istehlak qiymətlərinin indeksinə, yəni inflyasiya göstəricisinə deyil, orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizinə görə hesablanıb həyata keçirilməsi düzgün qərar idi.

Ona görə ki, rəsmi inflyasiya səviyyəsinə uyğun olaraq, indeksləşdirmə heç də hər il səmərəli nəticə vermirdi, verə də bilməzdi. Çünki elə il olurdu ki, inflyasiya cəmi 1-3 faiz təşkil edirdi. Üstəlik, orta aylıq nominal əməkhaqqı məbləğinin artım həddi də həmişə inflyasiyadan üstün olmalıdır.

Belə ki, qiymətlərin bahalaşması səviyyəsi əhalinin heç olmasa nominal gəlirlərini üstələməli deyil. Düzdür, elə illər olub ki, inflyasiya orta aylıq nominal əməkhaqqı məbləğinin artım səviyyəsindən çox təşkil edib. Söhbət, ikirəqəmli inflyasiya səviyyəsi qeydə alındığı illərdən gedir.

Məsələ bundadır ki, keçən il, yəni 2021-ci ildə də inflyasiya yüksək olub və o da, orta aylıq nominal əməkhaqqı məbləğinin artım faizi və səviyyəsini üstələyib.

Bəs, bu, cari ildə əmək pensiyalarının indeksləşdirildikdə qeyri-ədalətli şəkildə artıma səbəb olmayacaqmı? Xeyr...

Çünki nəticədə hazırda minimum pensiya alanların pensiya məbləğləri bir az da artacaq ki, yuxarı pensiya alanlarda isə bu, özünü həmişə olduğu kimi daha çox büruzə verəcək.

Ancaq minimum pensiya məbləğinin hər il artırılmadığını da nəzərə alsaq, bir daha o fikrə qayıdıram ki, hər halda sözügedən göstəriciyə dair mövcud mexanizmi təkmilləşdirməyə ehtiyac var.

Başqa sözlə desəm, gələcəkdə minimum pensiya məbləği üzrə də dəyişikliyin minimum əməkhaqqı kimi pilləli artıma rəvac verməsinə zəmin yaradılmalıdır.

Son olaraq qeyd edim ki, son 3 il ərzində həyata keçirilən sosial islahatların nəticəsində ölkəmizdə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatıb.

2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib. Bu il minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumu göstəricisini 36,4 faiz üstələyir.


Oxunub: 525

Son xəbərlər

Akim Bədəlov 3 MİLYARDI necə mənimsədi..? - İLGİNC İDDİALAR...

Ceyhun Bayramov Qarabağdakı gərginlikdən DANIŞDI

7 milyonluq təklifi geri çevirib, 18 milyona yol çəkən ZİYA MƏMMƏDOV...

Daha 700 şəxsə birdəfəlik ödəmə təyin edildi

Qəbələdə "Yanğından Mühafizə İdarəsi"ndə büdcə belə talan olunur - KORRUPSİYA İTTİHAMI

“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!”

Deputat Ülvi Quliyevin oğlu Vətən müharibəsinə getməkdən necə və niyə yayındı?

Oğuz rayon xəstəxanasının şöbə müdiri qumarbaz çıxdı - FOTO

DİM bu şəxslərə xəbərdarlıq etdi

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor - ARAŞDIRMA

Bakıda ödənişli xidmətlərin dəyəri artıb

"Belarusda vəziyyət Ukraynadan da pis ola bilər" - Lukaşenko

Ermənilərin Azərbaycana SƏRSƏM NÜVƏ TƏHDİDİ... - Bu cürətin arxasında nə dayanır?

Sabah hava necə olacaq?

ÇAĞIRIŞ: Radikal dindarlar Bakıya təhvil verilsin! - səfirlik Azərbaycan ərazisidirsə...

BMT Təhlükəsizlik Şurası təcili iclası keçirdi

Bu ölkələrdən Azərbaycana quş əti idxalı QADAĞAN EDİLDİ

Şəkidə bu səhiyə ocağı AĞLI BAŞDAN ALIR... - Sözün əsl mənasında...

TƏBİB bu xəstəxanalara həkim axtarır - SİYAHI

Gələn aydan evlərin qiyməti BAHALAŞACAQ

Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir

Payızda karantin tətbiq oluna bilər - TƏBİB-dən AÇIQLAMA

Əlcəzair XİN başçısı Azərbaycana gəlir

Bu gün onun doğum günüdür

Üç Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib

Ünvanlı sosial yardımın məbləği artıb

Neft ucuzlaşdı

Azərbaycanda iki vəzifəli şəxs nöqsanlara görə İŞDƏN ÇIXARILDI

"Görünən dağa nə bələdçi?!" - FOTO

Hərbçilərin pensiyası ilə bağlı yeni QƏRAR

Bütün xəbərlər