Banklar dolların alış qiymətini niyə qaldırıb? - ARAŞDIRMA

DogruXeber.az: - Azərbaycanda bir sıra bankların dollar alışı qiyməti qalxıb, satış qiyməti isə dəyişməyib. Hazırda bir sıra banklar əhalidən dolları 1.7 manatdan alır. Bundan öncə dolların alış qiyməti 1.68-1.69 manat civarında olub. Dolların satış qiyməti isə 1.7020-1.7025 arasındadır.
"Banklar dollar almağa meyillidir"
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, faktiki olaraq banklar dollar almağa meyillidir: "İndiyədək daha aşağı qiymətə dolları alırdılar.
Başqa sözlə, indiyə qədər dolları əhalidən 1.68-1.69 manata alırdılar, indi isə 1.7 manatdan alırlar. Amma dolların əhaliyə satış qiyməti isə dəyişməyib. Ola bilər ki, Mərkəzi Bank banklara kifayət qədər dollar satmır, ona görə də onlar əhalidən dollar almağa meyillidirlər.
Bu da bankların öz aralarındakı rəqabətdir. Yəni banklar həqiqətən də dolları çox almaq istəsəydilər, onlar dolları 1.71 manata da alardı. Bu, daha çox banklararası rəqabətdir".
Dövriyyədə dollar çatışmazlığı yoxur
"Amma bu, hələlik ciddi məsələ deyil və yalnız ondan xəbər verə bilər ki, Mərkəzi Bank dollar satışını bir qədər azaldıb. Dövriyyədə dollar çatışmazlığı yoxur"-deyə o qeyd edib.
"Ölkədə valyuta alışına qeyri-rəsmi məhdudiyyət var"
Espert bildirib ki, banklardan dollar almaq mümkündür: "Lakin 20 min manatlıq limiti keçdikdə isə banklar müştərini sorğu-sual edir, pulu haradan qazandığını soruşurlar. Bunu qeyri-rəsmi tətbiq edirlər. Ölkədə valyuta alışına qeyri-rəsmi məhdudiyyət var".
Neftin qiyməti kifayət qədər sabitdir, yüksəkdir
Onun fikrincə, ən azı bu ilin birinci yarısında Azərbaycanda dollar məsələsində poblem olmayacaq. Çünki neftin qiyməti kifayət qədər sabitdir, yüksəkdir.
FED qərarının Azərbaycana ciddi təsiri olmayacaq
"Hazırda dünyada FED-in faiz qərarını gözləyirlər. O qərardan sonra dünyada dolların bahalaşması gözlənilir. Amma bu qərarın Azərbaycana ciddi təsiri olmayacaq necə ki, əvvəlki dövrlərdə də belə olub"-deyə iqtisadçı əlavə edib.
Bəzi bankların özündə dollar tələbi yüksəlib
Millət vəkili Vüqar Bayramov isə "facebook" səhifəsində yazıb ki, adətən maliyyə ilinin sonunda dollara tələb artması müşahidə olunur: "Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi.
Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlar ilə bağlı idxala tələb artırdı. Bununla yanaşı, ilin birinci ayında adətən dollara tələb optimal olur. Amma bankların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib.
Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, bzinesdən kənar vayuta tələbi hələlik yüksək deyil".
Manatın məzənnəsi dəyişə bilərmi?
Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi sualına deputat belə cavab verib: "Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir.
Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.
Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir
"Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir"-deyə o əlavə edib.
Mərkəzi Bank 2022-ci il üzrə dollar-manat məzənnəsi barədə gözləntisini açıqlayıb
Qeyd edək ki, ötən ilin dekabr ayında Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, 2022-ci ildə Azərbaycanda manatın ABŞ dollarına qarşı "lövbər" məzənnədə qalması dəstəklənəcək.
Məzənnə dayanıqlığı dəstəklənəcək
Bildirilir ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.
Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən, 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
BVF inkişaf etməkdə olan ölkələrə xəbərdarlıq edib
Xatırladaq ki, Beynəlxalq Valyuta Fondunun (BVF) açıqlamasına görə, inkişaf etməkdə olan ölkələr ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) faiz artımına hazır olmalıdır. FED-in gözləniləndən daha sürətli addım atması kapital axınına və inkişaf etməkdə olan ölkələrdə valyutaların ucuzlaşmasına səbəb ola bilər.
Gözləniləndən daha sürətli inflyasiya FED-i faizləri daha sürətli artırmağa sövq edəcək. Bu isə maliyyə bazarlarını sarsıda, qlobal miqyasda maliyyə şərtlərini sərtləşdirə bilər.
FED-in iclası nə vaxt olacaq?
FED-in 2022-ci ilin ilk iclası yanvar ayında keçiriləcək. FED 2021-ci ilin son iclasını dekabr ayında keçirib, gözləntilərə uyğun olaraq uçot dərəcəsini 0-0.25 səviyyəsində saxlayıb.
FED-in faiz qərarı 25-26 yanvar tarixlərində keçiriləcək ilin ilk toplantısından sonra ictimaiyyətə açıqlanacaq. İkinci iclas martın 15-16-da, üçüncü iclas isə 3-4 may tarixlərində keçiriləcək.

Son xəbərlər

Cənab Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı zamanı çıxış edib

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

İlin ikinci yarısında əhalinin gəlirlərini yenə artırmaq olar

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

Bakıda tikinti şirkəti 70 min manatlıq ağacları kəsdi

Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur

ADAU rektoruna ŞOK İTTİHAM - SƏN DEMƏ...

Oğuzda respublika əhəmiyyətli yol yararsız vəziyyətdədir - VİDEO

Eldar Həsənov 10 il azadlıqdan məhrum edildi

Şirzad Abdullayev vəzifədə olmasa da... - Adı qalmaqalda hallanır

AMEA-da təcili müşavirə keçirildi: Kərim Şükürovun istefası qəbul olunmadı

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində ciddi tədbir görüldü

“Nar”ın dəstəyi ilə ən böyük Azərbaycandilli səsli kitabxana yaradıldı

Hərbi Prokurorluğun 6 əməkdaşı cəzalandırılıb

Azərbaycanda hemofiliya xəstələrinin sayı AÇIQLANIB

"Ramiz Mehdiyev Prezidentin siyasətinə zidd addımlar atır" - Ziya Məmmədovun qardaşından İTTİHAM

Turistləri heyran qoyan İlisu kəndinin bitmək bilməyən su problemi - FOTO

Azərbaycanda general-leytenant vəzifəsindən kənarlaşdırıldı - SƏBƏB

“Azərbaycan Dəmir Yolları"na məxsus tikili yanıb

Mülayim cənub-qərb küləyi əsəcək

Daha bir məktəb əyani tədrisə qayıdıb

İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri yumşaldılıb

Azərbaycanda bu siqaret də - BAHALAŞDI

Əhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İLGİNC SƏBƏBLƏR

Şok Şok! Ekologiya nazirinin müavini Vüqar Kərimova söykənən "meşə quldurları"

Sənədsiz evlərin sənədləşdirilməsinə dair yeni qanunvericilik aktı hazırlanacaq

Almanın tükənməz faydaları

Ulduzlar bu gün nə deyir ...

Cavid Qurbanov məhkəməyə çəkildi - 1.5 milyon dollar borc, 553 min dollar faiz...

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Bütün xəbərlər