gundem / sosial / hadise / bolge
15.01.2022, 20:04
Sürücü DYP əməkdaşından narazıdır - YENİLƏNDİ
Bu gun "DogruXeber.az"a Bərdə rayon, Mustafaağalı kənd sakini Salmanzadə Salman Hafiz oğlu tərəfindən müraciət daxil olmuşdur.
S. Salmanzadə müraciətində bildirir ki, bu gün səhər saatlarında Bərdədən Bakıya gələrkən, "Yevlax Dövlət Yol Polisi postu"nda DYP əməkdaşları tərəfindən saxlanılmışdır.
Sürücü Salmanzadə Salman Hafiz oğlu iddia edir ki, o qayda pozuntusuna yol vermədiyi halda, DYP əməkdaşı "saxla" əmrini vermiş və ona məxsus, "23 BD 797" dövlət nömrə nişanlı avtomobili heç bir sənədləşmə aparılmadan əlindən alınmışdır.
Sürücü bildirir ki, bu barədə dərhal Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə məlumat verib.
Məsələ ilə bağlı araşdırma aparılır.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
16.01.2022
Dünən "DogruXeber.az" informasiya portalında, Salmanzadə Salman Hafiz oğlunun Yevlax Dövlət Yol Polisi əməkdaşı barəsindəki müraciəti yayılmanmışdı. Məlumata DYP tərəfindən dərhal reaksiya verilib və araşdırma nəticəsində məlum olub ki, Salman Salmanzadənin sürücülük vəsiqəsinin müddət bitməsi və yenilənməsi ilə bağlı bəzi bilgilər mərkəzi portaldan çıxarılmadığı üçün anlaşılmazlıq baş vermişdir.
Vətəndaş Salman Salmanzadə çağırılıb və ona məxsus avtomobili cərimə meydançasından çıxarılıb, özünə təhvil verilib.
Bundan sonra Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə anlaşılmazlıqla baqlı məlumat verilib.
Vətəndaş Salman Salmanzadə məsələyə dərhal reaksiya verdiyinə görə redaksiyamıza təşəkkürünü bidirir.
DogruXeber.az