Məhbusun ŞOK iddiası

"DogruXeber.az"ın redaksiyasına 2 saylı cəzaçəkmə müəssisəsində hazırda cəza çəkən bəzi məhbuslar tərəfindən müraciət daxil olmuşdur. Redaksiyamızla telefon əlaqəsi saxlayan Neftçala rayon Aşağı Qaramanlı kənd sakini Nağıyev Əfqan Ağasadıq oğlu və digər bir neçə məhbus həbsxanada hər gün üzləşdikləri haqsızlıqlardan şikayətçidirlər.

Əfqan Nağıyev deyir:

- "Burda bizi döyürlər. Tez-tez balaca, bumbuz otağa salıb, saatlarla bağlı qapı arxasında ac-susuz saxlayırlar. Ailəm görüşümə gələndə pul alıb, sonra görüşə icazə verirlər. Ailəm evdən yemək göndərir, yarısını götürürlər, əgər göndərilən ərzaqlardan da burdakı dükanda satılırsa, onu götürürlər, bizə vermirlər ki, burdakı dükandan almalısınız. Burdakı dükan da özlərinindir. Hər şey bu dükanda ikiqat qiymətə satılır. Bundan əlavə telefonla danışmağa 1 manatdan pul alırlar, halbuki 50 qəpik olmalıdır. Üstəlik də həbsxanada təmir işləri üçün də bizdən 5 manatdan pul yığırlar. Bizim burda qazancımız nədir, gəlirimiz hardandır ki, bu qədər xərci də bizə yükləyirlər?!

Dustaqlara "zon"u pul ilə satırlar. Təzə gələnlər "barak"a girən kimi, dəstə rəisi ondan kravat (çarpayı) üçün 30 manat pul alır.
Bir sözlə, dustaqlara məxsus olan hər şeyi bizə pul ilə satırlar.

Bütün bunları da edənlər rəisi müavini Orxan İsmayılov, "rejim"də Rüfət Quliyev, Ülvi Məmmədov, Asim Salahov. Bunlar da rəisin müavinləridir. Bizi incidən əsas bunlardır."

P.S: Məsələ ilə bağlı "DogruXeber.az" informasiya portalı olaraq, Ədliyyə Nazirliyinin elektron ünvanına rəsmi sorğu göndərdik. Lakin, bugünə qədər sorğumuz cavablandırılmayıb.

Qeyd: Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az


Oxunub: 505

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər