"Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO

Cəbrayıl rayon İcra başçısı Kamal Həsənov barəsində rayon sakinlərinin narazılıqları artmaqda davam edir. Demək olar ki hər gün, hər həftə bir Cəbrayıl rayon sakini yayımlanması üçün redaksiyamıza giley dolu videomüraciət göndərir.

"DogruXeber.az" redaksiyasına daxil olan, eləcə də digər sosial medialarda yayımlanan bütün müraciətlərində Cəbrayıl sakinləri icra başçısının saymazlığından, özbaşınalığından, idarəçiliyində olan rayona və sakinlərinə qarşı biganəliyindən danışılır. Son günlər müraciət edən sakinlər isə iddia edir ki, "rayonda bütün önəmli vəzifələri Kamal Həsənov öz yaxınları və rüşvət aldığı adamlar arasında bölüşdürüb. Qəbuluna gedirik ya qəbul etmir, ya da söz verib yola salır, amma verdiyi sözü tutmur. İşdən qovulanları, həmçinin kimlərsə tərəfindən tapşırılan adamları işlə təmin edir, yaxud elətdiri. aAi təhsilli, bacarıqlı gənclər isə iş tapmaq üçün didərgin düşür". Bütün bunlar Cəbrayıl sakinlərinin haqlı gileyinin az qismidir. Xatırlayırsınızsa ötən yayımlarımızdan birində biz Kamal Həsənov barəsində sakinlərin söylədikləri ilə bağlı, qarşı tərəf olaraq Cəbrayıl rayon İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxladığımızda, başçının müavini Fəridə xanım, - "Ay xanım, başçının 80.000 (səksən min) əhalisi var. Hansına kömək eləsin ?!" - demişdi.

Elə Fəridə xanımın bu cavabından bəlli idi Kamal Həsənovun Cəbrayıl rayonunu şəxsi mülkü kimi idarə etdiyi. Üstəlik də 80.000 (səksən min)lik əhalinin heçolmasa qazilərinə belə kömək etməyən başçı, həmin ərəfədə tez-tez şəhidlər xiyabanında "fotosessiya"lar edib, İcra Hakimiyyətinin internet saytında və rəsmi səhifələrində paylaşdırırdı. Həmçinin, bəzi maraqlarını təmin etdiyi tərəfdarları da Cəbrayıl haqqında hər məlumat dərc etdiyimizdə o şəkilləri qarşımızda sərgiləyirdi.

Əlqərəz...

Çox vaxtınızı almadan, keçək növbəti məlumatımıza. Zatən Kamal Həsənovun "sərgüzəşt"ləri nəyinki danışmaqla bitməz, ümumiyyətlə bitmək əvəzinə hələ də davam edir.

Bu dəfə isə redaksiyamıza başçıdan gileylənən Cəbrayıl şəhər sakini, hazırda Biləsuvar rayon ərazisində yerləşən 10 saylı Cəbrayıl qəsəbəsində yaşayan Hacıyeva Gülarə Əli qızıdır.

Gülarə xanımın narazılıqları da iddiaları da çox ciddidir. Təkrar yazıb sizi yormayaq.

Aşağıdakı linkdə bütün iddiaları elə xanımın öz dilindən eşidin, ardından söhbətimizə davam edək.



Bəli, gördüyünüz kimi, Gülarə xanım da vurğulayır ki, rayon ərazisində fəaliyyət göstərən bütün dövlət idarələri, hətta polis, prokuror belə başçının əmrinə tabe olur. Bu qanunla olmasa da, İcra başçılarının ÖZƏL QAYDALARIna görə artıq normal sayılır. Daha doğrusu əhaliyə bu anormal prosesi normal qəbul etməyi qəbul etdiriblər.

Xanımın iddia etdiyi kimi bir dövlət İdarəsinin işçisi xidmət zamanı vətəndaşa öz evində təcavüz etməyə cəhd edir, vətəndaş bundan şikayətçi olduğu halda təcavüz edən şəxs buvaxta qədər layiqincə cəzalandırılmırsa, üstəlik təcavüzə məruz qalan qadına 100 (yüz) manat pul uzadılıb, həmin məbləğ qarşısında susması təklif edilirsə, bu artıq həmin rayonun rəhbərinin idarəetməni itirdiyinin göstəricisidir.

Gülarə xanım deyir, -"İcra başçısı Kamal Həsənovun bir dəfə qəbulunda oldum, mənə deyir sənə kömək etməyəcəm, çünki eşitdiyimə görə sən yaman şeysən,atansan".

Bu da İcra başçısının vətəndaşa "səmimi" etirafı. Hər halda tərəfdarları bunu belə adlandırır.

İnanırıq ki, vətəndaşların böyük ümidlə üz tutduğu ölkə başçısı İlham Əliyev, həmçinin Gülarə xanım Hacıyevanın xüsusilə adını çəkdiyi Daxili İşlər Naziri Vilayət Eyvazov və baş prokurorluq məsələyə dair gərəkən araşdırmaların aparılması və lazımi tədbir görülməsi göstəriş verəcəkdir. (Hərçənd ki, Baş Prokurorluq bugünə qədər Cəlilabad rayon Göytəpə qəsəbəsindəki, Daşkəsən rayon Çanaqçı kəndindəki, eləcə də Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi barəsindəki qanunsuz əməllərə bugünə qədər susur.)

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 816

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər