İrəvanın yeni hədəfi: Azərbaycan sərhəddə mövqeləri gücləndirməlidir - Başqa yolu YOXDUR!

DogruXeber.az: - Yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının fövqəladə sessiyası zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstandakı hadisələrlə İkinci Qarabağ müharibəsini eyniləşdirməyə çalışıb.

Qeyd edək ki, onlayn formatda keçirilən sessiyada KTMT ölkələrinin rəhbərləri Qazaxıstanda baş verən son hadisələr, ixtişaşların qarşısının alınması, Qazaxıstanda sabitliyin bərqərar edilməsi ilə bağlı görülən və görüləcək işləri müzakirə ediblər. KTMT-nin Baş katibliyinin hazırkı sədri Ermənistanın Baş naziri bildirib ki, guya "İkinci Qarabağ müharibəsi də "Ermənistana terrorçu-ekstremistlərin hücumu" olub. Görünür, Paşinyan fürsətdən istifadə edərək həm Azərbaycanı KTMT-nin hədəfinə gətirməyə çalışıb, həm də türk dövləti olan Qazaxıstanla Azərbaycan arasında müxtəlif sahələrdəki əməkdaşlıqlara zərbə vurmaq niyyəti güdüb.

"Şərq-Qərb" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu AYNA-ya şərhində deyib ki, Ermənistanın istənilən durumu fürsət bilərək, hər iki amildən yararlanmağa çalışacaq: "Bunlardan birincisi, Ermənistanın KTMT-nin Baş katibliyində sədrlik dövrüdür, ikincisi, İrəvanın canla-başla KTMT kontingentində öz silahlılarını Qazaxıstana göndərməsidir. Orada Nikol Paşinyan analogiya apardı ki, guya Qarabağ müharibəsi "Azərbaycan ekstremistlərininin" Ermənistana hücumu idi, guya bunlara qarşı da "terrorçular döyüşüb" və s. Təbii, Ermənistan çalışır ki, Rusiyanın dəstəyindən yararlansın".

"Paşinyanın siyasətinə gəlincə, onun bu gün heç bir siyasəti yoxdur. Nikol KTMT-nin, yəni ki, Rusiyanın layihəsinə qoşulmaqla faktiki olaraq, Qərbi özündən döndərdi. Ən azı Qərb ölkələrində Paşinyana əvvəlki qədər etimad olmayacaq. Çünki məlum oldu, açıq göründü ki, Rusiya onu çox rahatlıqla öz işğalçı siyasətinə qoşdu. Paşinyan da bu layihəyə həvəslə qoşuldu. Üstəlik, bundan öz məqsədləri üçün istifadə etməyə çalışır, Qarabağda itirilmiş mövqeləri qaytarmağa, yaxud da ermənilər yaşayan ərazilərin ilhaqına nail olmağa səy göstərir", - Oruclu əlavə edib.

Politoloq vurğulayıb ki, Rusiyanın Paşinyanın bu siyasətinə müsbət yanaşacağı inandırıcı deyil: "Rusiya Ermənistana o halda dəstək verə bilər ki, Moskvanın maraqları bunu tələb etsin. Rusiyanın dəstəyi olmayan yerdə Ermənistan heç nə edə bilməz".

Ə.Oruclu burada bir nüansın təhlükəli məqam olduğunu vurğulayıb: "2020-ci ildə Ermənistanın müharibəyə cəhdi Tovuz istiqamətində oldu - yəni sərhəddə. Ermənistan növbəti təxribatı Tovuz istiqamətindən törədə bilər ki, bundan sonra Azərbaycan Ermənistana hücumda ittiham olunsun və KTMT işə qarışsın. Bu mənada, biz həmin istiqamətlərdə - Qarabağda Tərtər istiqamətində, eyni zamanda, sərhəddə - Tovuz-Qazax istiqamətindəki mövqelərimizi gücləndirməliyik. Çünki Rusiyanın məqsədi Bakı-Tiflis-Qars dəmiryolu xəttini, Bakı-Tiflis-Ceyhan boru xəttini nəzarətə götürməkdir. Ona görə son dərəcə ehtiyatlı olmalıyıq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə AYNA-ya bildirib ki, ilk növbədə Ermənistan Qazaxıstanı Azərbaycanla tərəfdaşlıqdan qoparmaq niyyətindədir: "Nursultan Nazarbayev nə qədər tənqid olunsa da, o, Azərbaycanla əməkdaşlığa önəm verən lider idi. Təsadüfi deyil ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olarkən Nazarbayev açıq şəkildə Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyana bildirmişdi ki, "bu məkanda Dağlıq Qarabağ məhsulları" olmamalıdır. Qazaxıstan liderinin bu yanaşması İrəvanda ciddi Qazaxıstan əleyhinə mövqe formalaşdırmışdı. Tokayev hakimiyyətə gəldikdən sonra, onun açıqlamaları bizdə müəyyən suallar yaradırdı. Tokayevin indiki mövqeyi də suallarla doludur. Görünür, Paşinyan hesab edir ki, Tokayev hakimiyyətdə qalsa, yaxud da, onun yerinə Rusiyaya bağlı şəxs gəlsə Ermənistanla müttəfiqliyə can atacaq. Və İrəvan KTMT dövlətlərini öz tərəfinə çəkməklə Qarabağ məsələsində qalan problemləri öz xeyirinə həll edə biləcək".

"Hesab edirəm ki, KTMT ölkələrinin, xüsusən də Qazaxıstanın Azərbaycan əleyhinə mövqe sərgiləməsi üçün ciddi zəmin yoxdur. Birincisi, Qazaxıstan Türk Dövlətləri Təşkilatının əsas üzvlərindəndir. İkincisi, Qazaxıstanla Azərbaycan arasında böyük layihələr var ki, onlar icra olunacaq. Düşünürəm ki, Ermənistanın KTMT-ni Qarabağla bağlı prosesə qoşmaq cəhdi yenidən iflasa uğrayacaq", - deyə politoloq söyləyib.

E.Şahinoğlu deyib ki, bu gün Ermənistanın özündə Paşinyanı lağa qoyublar: "Erməni cəmiyyəti bildirir ki, "öz ərazilərimizi müdafiə edə bilməyən əsgərlərimizi Paşinyan Qazaxıstana göndərib ki, getsinlər bazar qorusunlar". İnanmıram ki, Ermənistanın KTMT tərkibində Qazaxıstana əsgər göndərməsi, Qazaxıstan məsələsinin müzakirəsində aktivlik göstərməsi rəsmi Nur Sultan - İrəvan münasibətlərini indikindən daha yaxşı etsin. Əlbəttə, Paşinyan Azərbaycanı KTMT-nin hədəfinə gətirməyə çalışır. Lakin bu alınmayacaq. Belə cəhdlər hər zaman olub, amma boşa çıxıb".


Oxunub: 128

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər