'Hökumət mənim pensiyama qalıb?' - Astara sakinindən NARAZILIQ

DogruXeber.az: - Astara şəhər sakini Sədaqət Hüseynova son illər pensiyası kəsilən Azərbaycan vətəndaşlarından biridir. Deməsinə görə, üstəlik, bununla bağlı ona heç bir xəbərdarlıq da edilməyib və pensiya kartına altı aydır ki, pul oturmur. O, əlavə edir ki, bu altı ayda xəstə olduğunu sübut etmək üçün idarələrə ayaq döyüb...

"11 il idi əlillik pulu alırdım"
"Anadangəlmə sağ ayağımda problem var idi. Müalicə ala bilmədim, ayaq sıradan çıxdı. Ayaqda qan yaxşı işləmir. Çətinliklə yeriyirəm. Əmək qabiliyyətini itirmişəm. Evdə xırda-para işləri görürəm. 11 il idi əlillik pulu alırdım. İlk dövrlərdə 100 manat alırdım, sonra 250 manat oldu...".

"Yeddi nəfər içində bir nəfər də işləyən yoxdur"
Ağlayır: "...16 ildir ərim məni atıb. Ərimdən ayrılandan sonra ata evimdə qalıram. Valideynlərim sağ olanda elə də problemlərim olmurdu. Onlar rəhmətə getdilər, qara günlərim başladı. Yaşadığım evdə bacım, qardaşım da qalır. Həyətdə bir qardaşım da yaşayır. Onun da iki oğlu var, yeddi nəfərik. Bu yeddi nəfər içində bir nəfər də işləyən yoxdur. Bacım əmək pensiyası alır. Hamımız onun himayəsində yaşayırıq. Hamımız ona yükük...".

Onun sözlərinə görə, Astara Rayon Mərkəzi Xəstəxanası onun xəstəliklə bağlı sənədlərini ikinci dəfə müvafiq orqanlara göndərməyib: "Xəstəxanada olmuşam. Dedilər, burda yat, yatdım. Baş həkim dedi ki, sənə pensiya düşmür. Bakıda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olmuşam. Sənəd də gətirmişəm ki, yararsızam. Mənə dedilər ki, sənədlər Bakıya göndərilib. Amma göndərməyiblər".

"Mənim başımı aldadırlar"
O aldanıldığını düşünür: "Mənim başımı aldadırlar. Necə olar ki, şikəst adamı sağlam çıxartsınlar? Yazıblar ki, mən xəstəxanada yatmamışam. Müalicə həkimində günah yoxdur, baş həkim əməl etmir".

O deyir ki, indi sağlam adamlar iş tapa bilmir: "Baş həkim xəstəxanada mənə fəhlə işi versin, işləyim. Belə də biabırçılıq olar? Pis vəziyyətdə yaşayıram. Axı əlil adamın çörəyini necə kəsmək olar?! Son ümid yerim pensiya idi. Evim yox, çörək bahalaşıb... Hər kəs özünü güclə saxlayır".

"Qadın pensiyasına möhtac olan ölkədə..."
O deyir ki, yeganə övladını da dolandıra bilmir: "Bir övladım da var. O da bacımın üstündədir. Aliment də almıram. Qızım təhsil alır, onun da təhsil haqqı var. Pul ödəyə bilmədiyim üçün onu qovmaq istəyirlər. Uşaqdır, geyinmək, keçinmək istəyir. Onun da yanında üzüqarayam. Heç kim heç kimi başa düşmək istəmir. Bu hökumət pensiyama qalıb? Qadın pensiyasına möhtac olan ölkədə necə yaşayasan?".

"Qohumların hamısı kasıbdır,..."
Sədaqət Hüseynovanın qardaşı Səttar Hüseynov: "Ayağının aşağı hissəsi işləmir. Pensiyasını xəbərdarlıq etmədən kəsiblər. Etdiyimiz şikayətlər də nəticə vermir. Yeni illə bağlı yardımlar etdilər, ona vermədilər. Bütün günü gözyaşı tökür. Ona ürəyim yanır. İş yoxdur, işləmirəm. Hər işdə işləyərəm. Ona kömək edərdim. Mən özüm də əmək pensiyası alan bacımın əlinə baxıram. Qohumların hamısı kasıbdır, özlərini güclə dolandırırlar".

Sədaqət Hüseynovanı müalicə edən həkim Etibar Cəlilov da deyir ki, o, xəstəxanada müalicə alıb: "Onu yazmışıq, yenidən müayinə olunmalıdır. Onun sənədlərini göndərmişdik, imtina gəldi".

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayev isə bunları bildirdi: "Mən onu tanımıram. Gəlsin müraciət eləsin, araşdıraq. Vətəndaşdır, şikayətinə baxarıq. Amma, elə vətəndaşlar var ki, tələb edir. Halbuki, tələb etdiyi mümkün deyil".

Tibbi-Sosial Ekspert Komissiyasının cavabı...
Sədaqət Hüseynovanın adına gələn Tibbi-Sosial Ekspert Komissiyasının 0226003AAH18 nömrəli göndərişində əlillik dərəcəsinin verilməsindən imtina edilib. "...Rəsmiləşdirilmiş göndəriş natamam doldurulub. Həkimin rəyi: Xəstənin hazırkı vəziyyəti, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr, anamnestik məlumatlar dəqiqləşdirilib ətraflı qeyd edilsin. Uzun müddət xəstə olmasına baxmayaraq, stasionar reabilitasiya müalicələri haqda məlumat qeyd edilməyib. Xəstəyə stasionar müalicə tövsiyə edilir", - sənəddə yazılıb.

Sədaqət Hüseynova isə deyir ki, iki dəfə ayağından əməliyyat olunub. Üstəlik, vurğulamasına görə, keçmiş dövrlərdən fərqli olaraq indi xəstəxanada yatmaq ciddi xərc tələb edir...

Onun dediklərinə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərindən münasibət almaq mümkün olmayıb. Son illər Azərbaycanda rəsmilərin bildirməsinə görə, minlərlə şəxsin pensiyası kəsilib. Onlar bunu prosesin şəffaflaşdırılması ilə izah edirlər./dia.az


Oxunub: 372

Son xəbərlər

Bakıda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar

Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır - Siqaret və dərman oliqarxı...

"İstifadə etdiyimiz qazın bir hissəsi Azərbaycanındır" - Simonyan

Göyçay Rayon İcra Hakimiyyətinin yaratdığı rəzalət - VİDEO // FOTO

Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib – MƏHKƏMƏ İŞİ

Bu şəhərdə pizza və dondurma yemək qadağan olunacaq

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət etdi

ABŞ qoşunlarını Nigeriyadan çıxarır - Müzakirə başlayır

Sümbülə Əliyeva dövlətdən ayrılan 201 min manat vəkil haqqını mənimsəyib

Rusiya XİN Putinin Qarabağın statusu haqqında mövqeyini AÇIQLADI

Sizi təəccübləndirəcək vəziyyətlər yarana bilər - BÜRCLƏR

Xocalıda 6 nəfərin qalıqları aşkar edildi + FOTO

Cəmi 150 dəqiqədə sintetik almazlar yaratmaq olacaq

Ayaq üstə işləmək faydalıdır?

Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat

"Biz heç nə etmədikdə qorxduğumuz baş verir" - Paşinyan

Elmira Süleymanova vəfat etdi

"Sudan sərvət çıxaran" məmurlar - VİDEO

Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar

Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundu

Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia

AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi

Rusiya niyə nüvə silahının kosmosda yayılmamasına veto qoyur? - Ağ Evdən reaksiya

Azərbaycanda balıq ovu qadağan edilir

İsveç Avropada ən pis müharibə ssenarisinə hazırlaşır - "Bloomberg"

Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi

Şuşada 450 mənzilli kompleks tikilir - VİDEO

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər

Bütün xəbərlər