Serj Sarkisyan 100 milyon dollar uduzub – Məhkəmə işi

İrəvan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyanla bağlı iddanı araşdırmağa davam edir.

"DogruXeber.az" modern.az-a istinadən xəbər verir ki, məhkəmə Serjik Sarkisyanın parlamentin “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyana qarşı iddia əsasında keçirilir. Həmin iddiaya görə, deputat eks-prezident Serj Sarkisyanın kazinoda 100 milyon dollardan çox pul uduzması barədə açıqlamasını sübut etməlidir.

Məhkəmənin bugünkü prosesində Xaçatur Sukiasyandan iddiasının doğruluğunu sübut etmək tələb olunub.

Avqustun 25-də parlamentdə çıxış edən “Mülki müqavilə” fraksiyasının üzvü Xaçatur Sukiasyan keçmiş hökumət dövründəki korrupsiyadan danışıb. Parlamentarinin sözlərinə görə, eks-prezident Serj Sarkisyanın Baden-Badenin qumar evlərində 100 milyon dolları sovurub.

Yanvarın 17-də keçirilən iclasda iş üzrə sübut bazasına baxılıb. Tərəflər öz mövqelərini təqdim ediblər.

Məhkəmə iddiaçıya (üçüncü prezidentə) təqdim olunan faktların onun şərəf və ləyaqətini ləkələdiyini sübut etməyi tapşırıb. Bundan əlavə, sübut edilməlidir ki, iddiaçı haqqında məlumat açıq formada təqdim edilib və məcazi mənada istifadə olunmayıb.

Təqsirləndirilən tərəf (Sukiasyan) öz növbəsində şəxsi məlumatların açıqlanması məsələsində təqdim olunan məlumatların reallığa uyğunluğunu və ictimai maraqların şəxsi maraqlardan üstünlüyünü sübut etməlidir.

İclas martın 18-də davam etdiriləcək.

Xatırladaq ki, Sarkisyan Sukiasyan və parlament aparatına qarşı iddia qaldıraraq, təkzib və mənəvi təzminat tələb etmişdi. İki ay əvvəl, növbədənkənar parlament seçkiləri öncəsi Sarkisyan Baden-Badenə getdiyini inkar etmirdi, lakin onun sözlərinə görə, bu səfər sırf istirahət və mədəni məqsədlər üçün olub və “kazinoların olduğu küçələrdən yan keçib”.

Deputat Sukiasyan məhkəməni uduzarsa, 7 iş günü ərzində və ya parlamentin növbəti iclasında Serj Sarkisyanla bağlı dediklərini təkzib etməli olacaq. Bundan əlavə, təkizb ən azı 1000 nüsxə tirajla kütləvi informasiya vasitələrində dərc edilməlidir. Bundan əlavə, parlamentin əməkdaşları tərəfindən rəsmi internet saytında dərc edilməlidir. Biznesmen və deputat böhtana görə təzminat kimi 1 milyon dram (təxminən 2000 dollar) da ödəməli olacaq.


Oxunub: 301

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər