Azərbaycanlı iqtisadçı: “Qarabağ ermənilərinə işıq, qaz, su verək, pensiya ayıraq!” - Mübahisəli TƏKLİF

"Qarabağdakı “rusməramlıların” Xankəndi və ərtafından yaxın illərdə çəkilməsini təmin etmək üçün əzəli torpaqlarımızda yaşayan erməni əslilli azərbaycanlılarla, bizim vətəndaşlarla birbaşa təmasa keçməliyik, onların ölkəyə inteqrasiyası üçün çalışmalıyıq. Bunun yollarından biri də Xankəndi və ətrafında yaşayan erməni əsilli vətəndaşlarımızı kommunal xidmətlərlə təmin etməkdir”.

"DogruXeber.az" Modern.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert, ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, bu gün həmin bölgəmizə işıq, qaz Ermənistandan, su isə ərtaf bölgələrdən gəlir.

“Bizim Ermənistanla hələ ki heç bir rəsmi münasibətlərimiz, müqavilələrimiz yoxdur – faktiki olaraq Ermənistan qaçaq yolla bizim ərazimizə elektrik enerjisi və qaz ötürür. Yəni, heç bir rəsmi müqavilələr olmadan ərazimizdə kommunal xidmət göstərir – bu yolverilməzdir. Azərbaycan dövləti Xankədi və ətrafında yaşayan vətəndaşlarımızı elektrik enerjisi, qaz və su ilə təminatını öz üzərinə götürməlidir. Ermənistandan gələn xəttlər kəsilməli, əvəzində bizim “Azərqaz”, “Azərsu”, “Azərenerji” Xankəndi və ətrafına yeni kommunikasiya xətləri çəkməli, erməni əsilli vətəndaşlarımızı həmin xətlərə qoşmalıdır. Sayğacların quraşdırılması və əhalinin siyahıya alınması baş verməlidir, ödənişlər üçün Xankəndi və digər yaşayış məntəqələrimizdə ödəniş aparatları qurulmalı, manatla ödənişlərin qəbuluna başlanmalıdır. Hətta, Xankəndi və ətrafında yaşayan təqaüd yaşında olan erməni əsilli vətəndaşlarımıza pensiya ayrılmalı, onlara bank kartları paylanılmalı, ərazidə bankomatlar quraşdırılmalıdır”.

N.Cəfərlinin sözlərinə görə, belə addımlar Xankəndi və ətrafında yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkənin kommunikasiya xətlərinə və maliyyə sisteminə inteqrasiya edilməsinin başlanğıcı olacaq.

“Əgər Ermənistandan qeyri-qanuni gələn xətlər kəsiləcəksə, orada yaşayan insanların bizim sistemə inteqrasiya olmaqdan başqa çarələri qalmayacaq. Hə, sual yaranacaq ki, Kreml buna imkan verəcək?! Bu imkanın əldə edilməsinin də yolları var – nəticə etibarı ilə Moskvaya fərq etmir ki, o elektriki, qazı kim təmin edir, hətta könüllərini pulla almaq üçün Rusiyadan aldığmız qazın, enerjinin həcmini bir az da artıra bilərik, başqa yollar da var, hər şeyi açıq demək də olmur”.

N.Cəfərli onun bu təkliflərini sosial şəbəkələrdə süngü ilə qarşılayanlara belə cavab verib:

“Demirsiz ki, Xankədiyə nəzarət etməliyik? Onda bəs, dövlət öz vətəndaşına kommunal xidmət göstərməli deyil, təqaüd ödəməli deyil?! İstəmirsiz “rusməramlılar” ordan çıxsın?! Bunun tək yolu erməni əsilli vətəndaşlarımızın ölkəyə inteqrasiyasıdır! Başqa nə yol təklif edirsiz?! Hücum edib Moskvaya qədər gedəcəksiz?! Biz erməni əsilli vətəndaşlarımızı dışladıqca, onlar rusun qucağına daha bərk oturacaq və onları o qucaqdan qoparmaq mümkünsüz olacaq. Zatən Kreml o qondarma qurumu de-fakto tanıyıb, biz aktiv olmasaq, məqamı gəlsə, “rusməramlıların” burnu biz tərəfdən qanasa həmən “de-jure” də tanıyacaqlar – bunu istəyirsiz?! Siyasət məsuliyyətli işdir, bacarıq, elm, analitik düşüncə tələb edir, bəziləri elə bilir ki, siyasət qışqırmaqdır, yekə-yekə danışmaqdır”.


Oxunub: 246

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər