Çin Qış Olimpiya oyunlarına bilet satışını dayandırır

DogruXeber.az: - Yanvarın 17-də Çin 2022-ci il Pekin Qış Olimpiya oyunlarına ümumi ictimaiyyətə bilet satışını dayandırıb. Təşkilatçılar bunu koronavirus pandemiyası ilə izah ediblər.

Oyunları izləməyə tamaşaçılar seçiləcək, onlardan sərt COVID-19 qaydalarına əməl etmək tələb olunacaq.

Pekin fevralın 4-də başlanacaq oyunlara ölkə kənarından azarkeşin buraxılmayacağnı daha öncə bəyan etmişdi. Atletlər və oyunların digər iştirakçıları isə qaydalara ciddi şəkildə əməl etməli olacaqlar. Onların idman arenalarından, yerləşdikləri məkanlardan və tədbir üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrdən kənara çıxmayacağı bildirilir.

Çin COVID-ə yoluxmaları sıfırlamaq siyasəti yürütsə də, omikron ştammının səbəb olduğu son yoluxmalar bu rejimin effektinə şübhə yaradır. Pekin yanvarın 15-də yüksək yoluxucu omikrona ilk yoluxma haqda açıqlama yayıb.

İsraildə aparılmış araşdırma isə vaksinin dördüncü dozasının omikrona qarşı məhdud müdafiə yaratdığını göstərib.

Pfizer və Moderna vaksinlərinin dörd dozasının vurulduğu insanlar üzərində ilkin tədqiqatın nəticələri “vaksinlərin təhlükəsiz olduğunu, əməlli anticismlər yaratdığını göstərib. Ancaq onlar omikron ştammına qarşı müdafiədə qismən effektlidir”, – Şeba Tibb Mərkəzindən həkim briqadası bəyanatında bildirib.

Üçüncü və dördüncü dozaların daha öncəki ştammlara qarşı hələ də yüksək effektli hesab olunur.

İsraildə ötən yaydan buster dozalar vurulur, yaşlılar və əhalinin zəif qrupları üçün dördüncü dozalar da təsdiqlənib. Son araşdırmanın nəticələri dördüncü dozanın ümumi əhali qrupuna aid edilməsi haqda rəsmi orqanların qərarına təsir göstərə bilər.

ABŞ-da ordunun aparıcı generalının COVID-19 testi müsbət çıxıb. Ölkənin Baş Qərargah rəisi General Mark Milleydə zəif simptomlar müşahidə olunur və məsafədən işləyir. O tam peyvəndlənib, buster doza da vurulub.

Müdafiə naziri Lloyd Ostin isə bu ayın əvvəlində koronavirusa yoluxmuşdu.

Türkmənistan

Türkmənistan hakimiyyəti isə rəsmi açıqlama olmadan lokdaun tətbiq edib. Rəhbərlik hələ də ölkədə koronavirusa bircə yoluxmanın da qeydə alınmadığını bildirir.

AzadlıqRadiosu-nun Türkmənistan xidməti bütün regional mərkəzlərdə ərzaq mağazalarını çıxmaqla marketlərin, barların, restoranların, digər ictimai yerlərin yanvarın 16-dan qapadıldığını xəbər verir.

Paytaxt Aşqabadda isə lokdaun bir gün öncədən tətbiq olunub.

Lokdaun haqda rəsmi açıqlama verilməyib, vətəndaşlar bu haqda ictimai yerlərin və mağazaların qapılarına yapışdırılmış rəsmi bildirişlərdən xəbər tuturlar.

Yeni lokdaunun hansı müddətə tətbiq olunduğu bəlli deyil.

Region mərkəzlərindəki tibbi personalın anonimlik şərtilə radioya bildirdiyinə görə, yerli xəstəxanalar dolur, çünki son günlər özəlliklə yeniyetmələr və universitet tələbələri arasında pasiyentlərin sayı artıb.

Öncəki lokdaun dörd ayadək çəkib, dekabrın əvvəlində başa çatıb.

Türkmənistan hökuməti ölkədə koronavirusa heç bir yoluxmanın olmadığını iddia etsə də, buna demək olar ki, inanan yoxdur.//dia.az


Oxunub: 215

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər