Banklar niyə dollar satmır? - AÇIQLAMA

“Son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötüb, lakin banklarımızdan dollar almaq xeyli çətinləşib, bəzi banklar ümumiyyətlə dollar satmır. Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi - 1,70 manat ilə alır. Banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alacaq qədər axmaq deyil. Yəni, birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon dollar ala bilərdilər. Deməli, ala bilmirlər və Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Bu o deməkdir ki, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika artır və dollara tələb də yüksəlir”.

"DogruXeber.az" “ölkə.az”a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrm Həsənov deyib. O bildirib ki, hazırda devalvasiyanın olacağı haqda söz-söhbətlər də artıb: “2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi. Lakin devalvasiya böyük ehtimalla olmayacaq. Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Həmçinin qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır”.

Ekspertin sözlərinə görə, yeganə ehtimal kimlərinsə “qara bazar”ı aktivləşdirmək istəyi ola bilər: “Dollara çox ehtiyacı olanlar “qara bazar”a üz tutur və oradan bankların məzənnəsindən yüksək qiymətlə istədiyi qədər ABŞ dolları alır”.


Oxunub: 332

Son xəbərlər

Elman Rüstəmovun qızının borcu 15 milyona çatır - FOTOFAKT

İki rayona yeni rəis TƏYİN EDİLDİ - ƏMR

Ermənistanla sərhəddə “təmas qrupu”: Moskvanın yeni oyunu? - NƏ ETMƏLİ?

Polis İdarəsində cinayət hadisəsinə qeyri-bərabər yanaşma - Zərəçəkmiş jurnalistin iş materialı gizlədilir ?

Ermənistan aksiyalarla bağlı KTMT-dən kömək istəyib?

3 saylı xüsusi internat məktəbində xəstə uşaqların PULUNU YEYİRLƏR... - İTTİHAM VAR!

Astarada sakinlərin ümidi Allaha qalıb... - GİLEY

Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?

"Formula 1"ə görə yolun bu hissəsi BAĞLANIR

Məmur oğlunun ölkə xaricinə "qaçırdığı" biznesləri üzə çıxdı - FOTOFAKT

ABŞ-da ilk "meymun çiçəyi" virusu aşkarlandı

Sabiq məmurun çoxsaylı biznes və əmlakları ortaya çıxdı - İNANILMAZ

Azərbaycan nefti 118 dollardan satılır

Qızıl ucuzlaşdı

Abşeronun bu qəsəbələrində SU KƏSİLƏCƏK

"Rusiyanın addımları qlobal ərzaq böhranına səbəb ola bilər" - BMT

Bakıda məktəbdə şagird BIÇAQLANDI

Əmrullayevin əmrində olan təhsil işçiləri məktəbləri "Kolxoz bazarı"na döndərib... - İDDİA // VİDEO

Moldovanın keçmiş prezidentinə cinayət işi açıldı

Bakıda yaşayış binasında YANĞIN

Şahin Mustafayev İranın xarici işlər naziri ilə GÖRÜŞÜB

Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

"Ermənistan razılaşdırılmış görüşü ləğv etdi, yeni görüşdən də imtina etdi - Dövlət başçısı

Putin itirən tərəfdir - Şarl Mişel

Metroda nasazlıq YARANDI

Bakıda qayınatasını öldürən kürəkən TUTULDU

"Azərbaycan heç bir ölkədən almadığı rüsumu yalnız bizdən alır" - ETİRAZ

Avro və lirə ucuzlaşır, dollar “yerində sayır”: Manatı nə gözləyir? - AKTUAL

Qızı rüsvayedici şəkilləri ilə hədələyib intihar həddinə çatdıran şəxs TUTULDU

Fransalı 34 diplomata Rusiyadan çıxmaq üçün vaxt verildi

Bütün xəbərlər