gundem / sou
18.01.2022, 16:23
Aygünlə Röya toydan nə qədər alır?
Xalq artistləri Aygün Kazımova və Röya Ayxanın toy qiyməti açıqlanıb.
"DogruXeber.az" Axşam.az-a istinadən xəbər verir ki, bu haqda “Deməsəm olmaz” verilişində məlumat verilib.
Bildirilib ki, hər iki müğənni toyda yarım saat çıxış üçün 8 min manat tələb edir.
Kazımova yarım saat üçün səhnənin istədiyi kimi qurulmasını tələb edir. O, mahnılarını da ansamblı ilə birlikdə canlı oxuyur.