Özlərini doğrultmayan GƏNC KADRLAR... - PROBLEMƏ ÇEVRİLMƏKDƏDİR...

Azərbaycan hakimiyyətində 2018-ci ildən başladılan kadr dəyişiklikləri nəticəsində xeyli sayda yüksək ranqlı məmur vəzifəsini itirib. Bu 4 ilə yaxın müddətdə Prezident Administrasiyasında şöbə müdirləri, ayrı-ayrı məmurlar, həmçinin nazirlər, icra başçıları, komitə sədrləri, iri fiqurlar postları ilə vidalaşıblar. Bu dəyişikliklər idarəçilik sisteminin effektivliyini artırmağa, şəffaflığı təmin etməyə, vətəndaş-məmur münasibətlərini yaxşılaşdırmağa hesablanıb. Lakin bəzi hallarda yeni təyin edilən kadrlar da etimadı doğrulda bilmirlər.

"DogruXeber.az" “Yeni Müsavat”a istinadən xatırladır ki, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də təsdiqləyib. Dövlət başçısı bildirib ki, korrupsiya ilə bağlı məsuliyyətdən heç kim boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq.

Sitat: “18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”.

Prezident əlavə edib ki, bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb: “Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”. Göründüyü kimi, ölkə başçısı yeni təyin olunan kadrların da bir müddət sonra əyri yollara meyl etdiklərini açıqlayıb. Məlumdur ki, dövlət başçısı bir çox hallarda kadr təqdimatlarına baxıb sonra qərar verir. O zaman bunun üçün hansı addımlar atılmalıdır ki, yüksək postlara yanlış təqdimatlar Prezidentə verilməsin? Ümumiyyətlə, yeni kadrlar önəmlidir, yoxsa idarəetmə modeli dəyişməlidir?

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, Prezident müsahibəsində bu məsələyə geniş toxundu və bir daha məmurlara xəbərdarlıq etdi. Deputat hesab edir ki, Prezidentə kadrlar təklif olunanda bu məsələlərə xüsusi baxmaq lazımdır. Onun sözlərinə görə, hansısa kadrın təqdim olunması zamanı hər bir məqam nəzərə alınmalıdır: “Prezidentin həm daxili, həm xarici siyasət, həm Qarabağla bağlı iş qrafiki kifayət qədər sıxdır. Ona görə kadr təklif ediləndə xüsusi nəzərdən keçirilməsinə ehtiyac var. Son dövrlər ”Yüksəliş" müsabiqəsindən keçən bəzi kadrlar da artıq işə təyin olunurlar. Ona görə hər bir məsələ kadr təyinatından çox asılıdır. Kim kadrları təklif edirsə, onun şəxsi keyfiyyəti, idarəçilik, təşkilatçılıq mövqeyi nəzərə alınmalıdır. Çünki vəzifə böyük məsuliyyət və etimaddır". C.Məmmədovun fikrincə, məmurlar prezident tərəfindən göstərilən etimadı doğrultmağa çalışmalıdırlar: “Bu dəyəri, göstərilən diqqəti düzgün qiymətləndirməlidirlər. Eyni zamanda şəxsi mənafeyi dövlət maraqlarından üstün tutmamalıdırlar. Prezident dəfələrlə xəbərdarlıq edib, son müsahibəsində də vurğuladı, bəzi məmurların işini ”ayı xidməti"nə bənzətdi. Bu çox ciddi siqnal idi və Prezidentin tövsiyələri nəzərə alınmalıdır. Yox, əgər bu proses davam edərsə, onda yeni həbslərə şahid ola bilərik. Odur ki, hər kəs xəbərdarlıqları nəzərə alıb etimadı doğrultmalıdır. Çünki bundan öncə cənab Prezident inzibati tədbirlər gördü, gənc kadrları təyin edərkən təkbətək görüşdü, onlara da xəbərdarlıq etdi, tövsiyələr verdi, qulaq asmayanlar isə həbs edildi. Ona görə çox ciddi məsələdir və etimadı düzgün dəyərləndirməlidirlər".

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli qeyd etdi ki, problemin kadrlarda olduğunu düşünmür: “Problem sistemin özündədir. Yaxşı oğlan, yaxşı kadr axtarışına son qoymaq lazımdır. Əlbəttə, peşəkar, təhsilli şəxs olmalıdır, bu öz yerində, amma məsələ kadr problemindən qaynaqlanmır, sistemin oyun qaydaları dəyişəndə təhsilli kadr da normal işləyə bilər”. N.Cəfərli hesab edir ki, hökumət yaxşı idarəetmə sistemi qurmalıdır: “İnstitusional dəyişiklik olmalıdır, yanaşma fərqlənməlidir. Məsələn, “ASAN xidmət" yaradıldı, artıq növbədə dayanmırıq, rüşvət vermədən sənəd alırıq. Deməli, kadrlar dəyişməyib, sadəcə, sistem qurulub. Ona görə bütün sahələrdə belə idarəetməni tətbiq etmək lazımdır və nəticəni də görmək mümkündür”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, məsələ təkcə kadrlarda deyil. Onun fikrincə, kadrlar nəticə vermirsə, köhnə üsul-idarəçilik davam edirsə, deməli, idarəetmə forması dəyişməlidir: “Eyni zamanda dürüst işləməyənlər məsuliyyətə cəlb edilməli, tənbeh olunmalıdırlar ki, yeni kadrlar da dərs çıxarsınlar. Aydın məsələdir ki, Prezident hamını tanıya bilməz, o baxımdan kadrların təyinatında təqdimatın rolu da böyükdür. Sadəcə, idarəetmə qaydaları dəyişmirsə, yeni təyinatlar effektiv fəaliyyət göstərə bilməzlər”.

Partiya sədrinin fikrincə, bundan əlavə, yeni kadrlar da onlara verilən şansları dəyərləndirməlidirlər: “Onlar üçün böyük fürsətlər açılır ki, özlərini təsdiqləsinlər. Xüsusən gənc yaşlarından yüksək vəzifə tutmaları onlara ciddi etimad göstərilməsidir. Amma tamah, iştaha gözlərini tutur və vəzifə başına gələn kimi yanlışlara yol verirlər. Bununla belə, məsələnin fundamental həlli idarəetmə formasında dəyişikliklər edilməsidir. Yəni ”ASAN xidmət" modelinin əksər sahələr üzrə həyata keçirilməsi, sistemin asanlaşdırılması zərurətdir".


Oxunub: 244

Son xəbərlər

Azərbaycanın xarici borcu azalıb

Müdafiə və milli təhlükəsizlik sahəsinə nə qədər vəsait xərclənib?

ABŞ Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edir - deputat

Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!

İlkay "Barselona" və "Real"ın HƏDƏFİNDƏ

Fars-molla rejiminin QUDURĞANLIĞI

Yaşar Həsənov həbsdən NECƏ QURTULDU? - İLGİNC İDDİALAR...

"Sağlam Ailə" Tibb Mərkəzində NAXOŞ MƏNZƏRƏ... - GİLEY

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR - SİYAHI

Səlim Müslümov müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ

28 Mayda əfv gözləntisi - siyahıda kimlər var?

Cahangir Əsgərova DAHA BİR ZƏRBƏ - Nazirlik AZAL-ın tenderlərini ləğv etdi

Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi - AMEA-da yüksək post tuturdu

“Sülh müqaviləsi imzalanacaq, İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq” - Proses buna doğru gedir...

İrəvandan Antalyaya uçuşlar həyata keçiriləcək

Gömrük borcunun ödənilməsi bağlı qaydalarda dəyişiklik edildi

Baş nazir qərar İMZALADI

Xoşqədəm Hidayətqızının həbsi tələb olunur

Baydendən Kim Çen Inla bağlı AÇIQLAMA

"Müharibə başlayandan 2 ay yarım müddətində görüşməmişik" - Zelenskinin xanımı

Sabaha olan hava proqnozu AÇIQLANDI

Şabranda Qarabağ Qazisinin haqqına girən KİMDİR? - NARAZILIQ VAR!

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb

Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU

20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Bu rayonlara qar yağıb - VİDEO

Bu rayonda dirilərin ruzisi ölülərin torpağından çıxır - ŞOK GÖRÜNTÜLƏR

Bütün xəbərlər