"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

DogruXeber.az: - Atalar deyir, "suyun lal axanı, adamın yerə baxanı"...

Ölkəmizdə elə məmurlar var ki, özlərinin səsləri-səmirləri çıxmır. Necə deyərlər sakitcə başlarını aşağı salıb, öz "şəxsi" işləri ilə məşğuldurlar. "Şəxsi" sözünü dırnaqda işlətməkdə isə səbəbimiz budur ki, sözügedən məmurlar sahib olduqları vəzifəni öz şəxsi mülkləri kimi idarə edirlər. Biz 'işləmirlər" demirik, Allah var, çox işləyirlər. Amma, ciblərinə...

Yuxarıda da qeyd etdiyimiz kimi, başlarını aşağı salıb, sakitcə işləyirlər. Yəni, özlərinin səsi çıxmır. Əvəzində isə bir çox vətəndaşlar arasında səs-küy yaranmasına səbəb,daha doğrusu səbəbkar olurlar.

Çox uzağa getmədən, məsələn, elə götürək Yasamal rayonun İcra başçısı Elşad Həsənovu.

Bakı şəhərinin ən qalmaqallı rayonlarından biri də Yasamal rayonudur. Yasamal rayon sakinləri, xüsusilə də keçmiş "Sovetski" deyilən ərazidə yaşayan sakinlər İcra başçısı Elşad Həsənovun əlindən zara gəliblər. Hətta, həmin sakinlərin giley-güzarı demek olar ki, ölkənin bütün media vasitələrində, özü də dəfələrlə yayımlanıb. Amma, bütün bunlara baxmayaraq, nə Elşad Həsənovun özünün səsi çıxır, nə də sakinlərin dəfələrlə müraciət etdikləri digər qurumların.

Doğrusu, artıq bir neçə ildir davam edən bu qədər şikayətlər, narazılıqlar qarşısında, Elşad Həsənovun təmkininə və səbrinə heyran qalmamaq mümkün deyil.

Bir İcra başçısının, idarəçiliyində olan rayonun sakinlərinin, adını xüsusi vurğulayaraq səsləndirdiyi etiraza, narazılıqlara susmaq söylənənləri qəbul etməkdir yəqin ki. Amma, narazılıqları aradan qaldırmaq üçün heç bir hərəkət etməməyin nə anlama gəldiyini isə biz də anlamırıq.

Qeyd edək ki, Yasamal rayon sakinlərinin Elşad Həsənov barəsində giley-güzarı yeni deyil. Təməli ta... Yasamal rayonunun Millət vəkili olduğu dövrlərə söykənən narazılıqların aqibətinin onun həmin rayona İcra başçısı təyin edilməsi olması, sakinlər arasında etirazların artmasına səbəb oldu. Bütün deyilənlərə və yazılanlara rəğmən susaraq öz "fəaliyyətinə" davam edən E.Həsənova deputat olduğu zamanlar da həmişə susduğuna görə, rayon sakinləri "lal deputat" adı vermişdilər.

Səbəbkardan danışdığımız hələlik kifayətdir. İndi keçək etiraz yaradan səbəblərə.

İlk olaraq ondan başlayaq ki, Bakı şəhər ərazisində qanunsuz tikintilərin ən çox aparıldığı rayon Yasamal rayonudur. Sözügedən rayonda az qala hər gün bir göydələn binanın təməli qoyulur. İş o yerə çatıb ki, hətta köhnə sakinlərin həyətinə qədər əllərindən alınır, orada yaşayış binaları tikilir. Yerli sosial medialarda qapılarının düz 6 metrliyində aparılan tikintiyə etiraz edən bina sakinləri də İcra hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, İcra Hakimiyyəti "məsələdən güya xəbərsiz olduqlarını və tezliklə bunun qarşısının alınacağı" cavabını aldıqlarını bildirirdilər. Amma, həmin tikintinin sökülmək yerinə, inşası daha sürətlə davam etdirildi.

Yeni Yasamal 2, 1-ci alatavada, Şəfayət Mehdiyev küçəsi 97 ünvanında, su anbarının üstündə,və sair ərazilərdə aparılan qanunsuz tikintilərə İcra Hakimiyyəti "göz yumdu". Əslində, yerli sakinlərin iddialarına görə vaxtilə "gözüaçıq" olan rayon rəhbərliyinin gözünü yumduran maddi səbəblər var. Yoxsa, həyətində balaca bir dam tikəndə, tez özünü çatdırıb, qanun "xırdalayan" icra məmurlarının, o boyda kompleksləri görməməsi mümkün deyil. Hətta, nəyinki dam tikən, xatırlayırsınızsa təqribən bir il öncə Dadaş Bünyadzadə ev.30 ünvanında yerli sakinə məxsus yenicə tikilmiş yaşayış mənzilini "qanunsuzdur" deyərək, İcra Hakimiyyətinin işçiləri, sökdürmüşdü. İctimailəşdirildikdən sonra, İcra Hakimiyyəti məsələni araşdırıb, qanuni olduğunu aydınlaşdırmışdır. Bundan sonra tikintinin yenidən inşası üçün lazım olan materialları özlərinin verəcəklərini bildirmişdilər.

Bundan əlavə sakinlər deyir, "Elşad Həsənov bu rayona İcra başçısı gələndən bəri hələ bir küçəmizdə abadlıq işləri aparılmayıb. Rayonda heç bir yenilik etməyib. Artan, yalnız özəl tikinti şirkətlərinin inşa etdiyi yaşayış binalarıdır".

Haqsız da sayılmazlar. Abadlıq işləri bir yana, xatırlayırsınızsa elə həmin ərəfədə, yəni təqribən bir il əvvəl, bəzi istirahət parkları işıqpulu borcuna görə 7 ay qaranlıqda qalmışdı. O zamanlar da problem dəfələrlə, təkrar-təkrar "DogruXeber.az" informasiya portalı vasitəsilə ictimailəşdirildikdən sonra nəhayət ki, aradan qaldırılmışdı.



Həmçinin 20 Yanvar küçəsində, "hamam" deyilən ərazidə, Tiblisi prospektində, "İST petrol"un yanında, yaşıllıq ağaclarının kəsilməsi bahasına inşa olunan və hazırda fəaliyyət göstərən iaşə obyekti barəsində dərc olunan məlumatlara da İcra hakimiyyəti, həmçinin suç ortağı Ekologiya və Təbii Sərvətlər Nazirliyi susaraq, seyirçi qaldı. Halbuki, zamanında bununla bağlı biz Yasamal İcra Hakimiyyətinə, həmçinin ETSN-nin mətbuat xidmətinə məlumat vermişdik. Eyni zamanda agentliyimizdə dəfələrlə yayımlamışdıq. ETSN susdu, Yasamal rayon İcra Hakimiyyəti də onu təkrarladı.
(Linkə bax!) Doğrudur, o zaman İcra başçısı Elşad Həsənov deyildi. Amma, Elşad Həsənov da sələfləri kimi susdu. Əgər istəsəydi sələflərinin yol verdiyi nöqsanları, o aradan qaldıra bilərdi, etmədi...

Nə etmək olar?!

Əlqərəz...

Çox danışıb oxucularımızı yormaq istəmirik. Zatən növbəti yayımlarımızda ardı var. Bu gedişlə deyəsən Elşad Həsənovun "sərgüzəştləri"nin də ardı var.
Redaksiyamıza yenicə daxil olan məlumata görə indi də Yasamal rayonunun Ümid Əkbərov küçəsində daha bir neçə yaşayış mənzillərinin tikintisi gedir.
Yerli sakinlərin iddialarına görə bu tikintilər də qanunsuz aparılır. Elə tikintilərin inşasının sürətlə aparılması da şübhəli durum yaradır və sakinlərin iddiaları ilə biri-birini tamamlayır.



Sözügedən tikintilərin, necə, neçəyə və hansı yollarla həyata keçirildiyi barəsində növbəti yayımlarımızda ətraflı məlumat verəcəyik.

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

P.S: Qeyd edək ki, redaksiyamıza daxil olan məlumatların dəqiqləşdirilməsi məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərovla telefon əlaqəsi saxladıq, telefona cavab verilmədi. Ardından, başçının birinci müavini Hüseyn Əfəndiyevə zəng etdik. Onun da telefonu zəngləri qəbul etmirdi. Daha sonra başçının müavini Təravət xanım Muradovaya zəng etdik. Təravət xanım bu kimi məsələlərin ona aid olmadığını bildirdi və şöbə müdiri Xaqan müəllimin telefon nömrəsini bizə verdi. Lakin, təəssüflər olsun ki, o nömrə də aktiv deyildi.

Materialda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO

"Bir qalanın sirri" - Yasamaldakı tikintilər necə həyata keçirilir?  VİDEO FOTO


Oxunub: 1 169

Son xəbərlər

Naxçıvanın məşhur daxili işlər naziri azadlığa buraxıldı

"Jurnalistlər qonaq deyil" - Sahibə Qafarova

Bakıda sahilə yaxın ərazidəki qurğu yanır

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

“Nar” NETTY 2022 milli internet mükafatının əsas tərəfdaşıdır

Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

"Azərpoçt” MMC karqo xidmətini istifadəyə verdi

NATO Baş katibi İrana xəbərdarlıq etdi

"Təəssüf ki, bu gün siyasi partiyalardan danışanda..." - Komitə sədri

Ermənistanda iki deputat mantadından istefa verdi

Ev alanlara ƏDV necə qaytarılacaq? - AÇIQLAMA

"Dərsə gəlməmək 10 manatdır" - Daha bir direktorun SƏS YAZISI

Naxçıvan Baş Gömrük İdarəsinə rəis vəzifəsi ona həvalə olundu

“Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunur

Bu dövlət rüsumu ləğv edilir

Rusiyada Hesablama Palatasının rəhbəri istefa verdi

Qanunsuz ov edənlər cəzalandırıldı

İlham Əliyev tatarıstanlı həmkarı ilə görüşdü

Əcnəbi tələbələr universitetdən QOVULDU - SƏBƏB

Düşmən Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalıdakı mövqelərimizi ATƏŞƏ TUTDU

İlham Əliyev ərəb naziri qəbul etdi

Yelena Zelenski Rişi Sunakın xanımı ilə görüşdü

Kərim Vəliyev Pentaqon rəsmisi ilə görüşdü

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Azərbaycan nefti ucuzlaşdı

Həbsdə olan general müalicə müəssisəsinə yerləşdirildi

"Mənə iş və pay torpağı vermək üçün məndən rüşvət istəyirlər" - Müharibə veteranı canlı efirdə belə dedi // VİDEO

Rusiya hərbi peyk buraxdı

İran Rusiya ilə 300 milyonluq müqavilə imzaladı

Bütün xəbərlər