Azərbaycan yığmasının futzalçısı Avropa çempionatında hədəflərini açıqlayıb

DogruXeber.az: - “Bilirəm ki, 20 yanvar Azərbaycan tarixində xüsusi gündür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar".

Bunu Azərbaycan millisinin futzalçısı Qallo federasiyanın rəsmi saytına açıqlamasında deyib. Avropa çempionatı ilə əlaqədar yığmanın heyətində Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da ilk məşqinə çıxan braziliyalı legioner gündən-günə daha yaxşı formaya düşdüklərini bildirib.

O, qrup mərhələsində Gürcüstana qarşı ilk matça kökləndiklərini söyləyib: "Son bir həftədə daha intensiv hazırlıq keçmişik. Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionat üçün darıxmışıq. Əminəm ki, yaxşı çıxış edəcək və uğur qazanacağıq. Bura o məqsədlə gəlmişik. Tapşırığımız məlumdur - minimum vəzifəmiz qrupdan çıxmaqdır".

Qallonun fikrincə, Azərbaycan yığması Avropa çempionatının oyunlarına hazırdır: "Düzdür, qarşıda daha 2 məşqimiz var. İndi ancaq taktiki planda və standartlar üzərində çalışırıq. İşimiz pis alınmır. Hər məşq yaxşı olmaq baxımından bizə kömək edir. Xırda detallar qalıb ki, onu da tamamlayacağıq. Bu əsasən standartlarla bağlıdır. Avropa çempionatında zəif komanda, rəqib olmur. Bura seçmə mərhələdə güclü olanlar qatılır. Çempionat buna görə digər qitələr üçün də maraqlıdır. Azərbaycan millisinin formasını geyinməkdən, bu komanda ilə uğur qazanmaq üçün mübarizə aparmaqdan məmnunam. Qrupumuzda fərqli oyun üslubuna və gücə malik komandalar yer alıb. Biz keçirdiyimiz son yoldaşlıq oyunlarında yaxşı nəticələr qazana bilməsək də, rəsmi görüşlərdə bunları unutduracağıq".

"Çempionatın daha çox komandanın iştirakı ilə keçirilməsi də marağı artıran məqamdır. Futzal bayramı daha çox müddəti əhatə edəcək, Oyunlar arasında fasilə - deməli, bərpa və hazırlaşmaq müddəti də çox olacaq” deyə 34 yaşlı müdafiəçi fikirlərini tamamlayıb.

Qeyd edək ki. D qrupunda yer alan Azərbaycan millisi Gürcüstanla yanvarın 22-də üz-üzə gələcək. Yanvarın 26-da rəqib İspaniya, Yanvarın 29-da isə Bosniya və Herseqovina olacaq.


Oxunub: 198

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər