“İnflyasiya xərclərimizi 2 dəfə artırıb” - NƏ ETMƏLİ?

Dövlət Statistika Komitəsi 2021-ci ilin iqtisadi yekunlarını açıqlayıb. Komitənin hesablamalarına əsasən 2021-ci ildə ölkədə 92 milyard 857,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz çox ümumi daxili məhsul istehsal olunub. Bu zaman neft-qaz sektorunda ÜDM istehsalı 1,8 faiz, qeyri neft-qaz sektorunda isə 7,2 faiz artıb. Əhalinin hər nəfərinə düşən ÜDM 9269,3 manata bərabər olub.

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 35,1 milyard manat olmaqla, əvvəlki ilə nisbətən 1,9 faiz artıb. Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 2020-ci illə müqayisədə 0,1 faiz ataraq 34,5 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 23 faiz artaraq 32,6 milyard kub metr təşkil edib. Ötən il Azərbaycanda neft məhsulları istehsalında ciddi artım qeydə alınıb: yanacaq mazutunun istehsalı 70,5 faiz, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı 67,2 faiz, sürtkü yağlarının istehsalı 39,1 faiz, neft koksunun istehsalı 29,7 faiz, dizel yanacağının istehsalı 16,2 faiz, avtomobil benzininin istehsalı isə 7,9 faiz.

Bundan əlavə, əvvəlki illə müqayisədə tütün məmulatlarının istehsalı 54 faiz, qida məhsullarının istehsalı 10,2 faiz, içki istehsalı isə 2,3 faiz çoxalıb. Qida məhsullarından qənd və şəkər tozunun istehsalı 33,9 faiz, cem və marmeladların istehsalı 9 faiz, qaymaq və xama məmulatlarının istehsalı 1,4 faiz artıb, duru bitki yağlarının istehsalı 1,7 faiz, marqarin istehsalı isə 4,6 faiz azalıb.

Ötən il yerli istehsal sahələrində ən yüksək artımlardan biri Papiros və siqaretlərin istehsalında qeydə alınıb - 2020-ci illə müqayisədə 65,2 faiz artmaqla 14350,6 milyon ədəd təşkil edib.

Ötən il ərzində ən çox bahalaşan məhsullar sırasında olan tikinti məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 871,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 80,6 faiz artıb. 2020-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,0 faiz çox olub. Bu zaman quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 610 min ton, süd istehsalı 1,4 faiz artaraq 2223,4 min ton, yun istehsalı 0,1 faiz artaraq 16,1 min ton, yumurta istehsalı isə 3,5 faiz azalaraq 1838,8 milyon ədəd təşkil edib.

2021-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 16 milyard 127 milyon manat və ya 2020-ci illə müqayisədə 8,2 faiz az vəsait yönəldilib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalıb. Sərmayə qoyuluşunun 68,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

Sərmayə qoyuluşunun ən çox azaldığı sahələr arasında 56,1 faizlə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 47,6 faizlə rabitə və informasiya, 37,5 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 20,7 faizlə sənaye, 27,8 faizlə mənzil tikintisi və sair var.

Ötən il Azərbaycanda yük daşınması əvvəlki illə müqayisədə 2,8 faiz, sərnişin daşınması isə 3,1 faiz artıb. Həcmi 193,9 milyon ton olan yüklərin 2,8 faizi dəniz, 7,8 faizi dəmir yolu, 0,3 faizi hava, 58,0 faizi avtomobil nəqliyyatı, 31,1 faizi isə boru kəməri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2021-ci ildə 15,1 milyon ton yük, 2825,8 min sərnişin daşınıb. 2020-ci illə müqayisədə yük daşınmasında 3 faiz, sərnişin daşınmasında isə 33 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı yükdaşımalar 8,6 faiz azalaraq 5468,4 min ton təşkil edib. Daşınan yüklərin 34,7 faizi neft yükləri olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilə nisbətən 13,2 faiz azalaraq 17,7 min nəfər olub.

Ötən il avtomobil nəqliyyatı ilə yükdaşıma 1,8 faiz artımla 112,5 milyon ton, sərnişin daşınması 0,9 faiz artımla 1119,9 milyon nəfər təşkil edib. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 20,8 faiz artaraq 90,2 milyon nəfərə çatıb. İl ərzində hava nəqliyyatı ilə 1132,4 min və ya 96,0 faiz çox sərnişin daşınıb. Daşımaların 99,5 faizi dövlət, 0,5 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçiriib. Hava nəqliyyatı ilə yükdaşımalar isə 21,3 faiz artaraq 556,6 min ton olub.

2021-ci il ərzində magistral neft kəmərləri ilə nəql edilən 35018,0 min ton neftin 75,5 faizi Bakı-Tiflis-Ceyhanla ötürülüb. Dövr ərzində BTC kəməri ilə 3598,4 min ton tranzit nefti də nəql edilib. Magistral qaz kəmərləri ilə ötürülən qaz həcmləri 18,6 faiz artaraq 35108,8 milyon kub-metrə çatıb. Bu həcmin 50,2 faizi Bakı-Tiflis-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib .

2021-ci ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 53,0 milyard manat olmaqla 2020-ci ilə nisbətən müqayisəli qiymətlərlə 3,7 faiz artıb. O cümlədən pərakəndə ticarət şəbəkəsində 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 3,9 faiz artıb.

Rəsmi statistikadan o da aydın olur ki, 2021-ci ildə əvvəlki illə müqayisədə inflyasiya 6,7 faiz təşkil edib.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26 milyard 419,1 milyon manat, xərcləri 27 milyard 412,8 milyon manat təşkil edib. Nəticədə büdcənin icrasında 993,7 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,1 faizi qədər kəsir yaranıb.

İl ərzində əhalinin nominal gəlirləri 2,6 faiz artmaqla 57 milyard 181,5 milyon manat təşkil edib.

"DogruXeber.az" "Yeni Müsavat"a istinadən xəbər verir ki, ötən ilin iqtisadi yekunlarını dəyərləndirən iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, ölkə iqtisadiyyatı 2021-ci ildə pandemiyadan əvvəlki səviyyəni keçib: “2021-ci ilin yekunlarına görə, Azərbaycan iqtisadiyyatının real miqyası pandemiyadan əvvəlki ilə nisbətən təxminən 1 faiz böyüyüb. Lakin nominal rəqəmlər üzərindən, yəni qiymət miqyasının artması hesabına 12 faiz genişlənib. Bu o deməkdir ki, ÜDM-i təşkil edən bütün əmtəə və xidmətlər baza götürülsə, manat son 2 ildə alıcılıq qabiliyyətini 12 faizdən çox itirib. Lakin qida və qeyri-məhsuları səbətinə münasibətdə bu göstərici fərqlidir. Məsələn, ən zəruri mallardan təşkil edilmiş qida səbətinə münasibətdə manat alıcılıq qabiliyyətini 20 faizdən çox itirib”.

2021-ci ildə büdcəyə vergi daxilolmalarına dair məlumatı şərh edən ekspert bildirir ki, qeyri-neft sektorundan vergi yığımında təxminən 800 milyon manatlıq artım olub: “Artımın hansı vergi növləri və iqtisadiyyatın hansı sahələri hesabına təmin edilməsinə diqqət yetirmək çox vacibdir. Tədiyə növləri üzrə məbləğlər gələn ay açıqlanacaq və o zaman qeyri-neft ödəmələrinin ötənilki kimi yüksək qiymət artımları ilində inflyasiyadan qaynaqlanan dövriyyə, yoxsa bir qayda olaraq əsasən neft sektorundan qaynaqlanan gəlir vergiləri hesabına artdığını görmək olacaq. Amma tədiyyələrin sahə strukturu da çox önəmlidir və təəssüf ki, heç vaxt açıqlanmır. Məsələn, Statistika Komitəsinin açıqladığı məlumata görə, qeyri-neft sənayesində əlavə dəyərin nominal məbləği 33 faizə yaxın artıb, amma real böyümə 19 faiz ətrafındadı. Yəni qiymət yüksəlməsi (deflyator) hesabına 14 faizə yaxın nominal böyümə var. Yaxud ticarət sektorunda qiymətlərin yüksəlməsi hesabına ən azı 8 faiz nominal genişlənmə var. Şübhəsiz ki, bu cür inflyasyonist böyümə özü şlə bərabər inflyasiya mənşəli vergi daxilolmaları da gətirir”.

Rəsmi məlumata görə, əhalinin bütün mənbələrdən əldə etdiyi gəlirləri nominal olaraq 1,7 milyard manat və 2,6 faiz artıb: “Lakin rəsmi elan olunan inflyasiyaya görə, gəlirlər real olaraq 4 faizə yaxın azalıb. Yəni qiymət artımları gəlirlərimizi yeyib - nominal ifadədə artan gəlirlər qiymət artımını kompensasiya edə bilməyib. İstehlak bazarları vasitəsilə əldə olunan əmtəə və xidmətlərin nominal həcmi 51 milyard manat təşkil edib. Əhalinin xərclərinin həcmi əvvəlki illə müqyisədə real olaraq 3,6 faiz, nominal olaraq 10,7 faiz və ya 5,1 milyard manat artıb. Xərclərin real artımı odur ki, əhali natural ifadədə 3.6 faiz artıq istehlak edib. Pandemiyada istehlakın azalmasını nəzərə alsaq, bizim istehlakın real həcmi hələ 2019-cu ilin səviyyəsinə çatmayıb. Çünki ötən il rəsmi statistika istehlakımızın 8,1 faiz azaldığını göstərmişdi. Bu vəziyyətə yuxarıda qeyd elədiyimiz amil - qiymətlərin gəlirlərimizdən daha üstün sürətlə artması təsir edib. Xərclərimizdəki 5,1 milyard manatlıq artımın cəmi üçdə biri real istehlakımızın bərpası ilə bağlı olub. Belə ki, dəyər ifadəsinə çevirsək, 5.1 milyard manatlıq istehlak genişlənməsinin cəmi üçdə biri - 1,7 milyard manatı real istehlakın genişlənməsi hesabına olur. Yerdə qalan 3,4 milyard manat isə inflyasiyanın bizim cibimizdən çıxardığı paradır. Beləliklə, yola saldığımız il ərzində iqtisadiyyat üzrə gəlirlər nominal olaraq 1,7 milyard manat artdığı halda, əhalinin inflyasiyadan düşdüyü xərc bundan 2 dəfə çox - 3,4 milyard manat olub”.


Oxunub: 213

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər