Zəngin  ölkəmizin  səfil  vətəndaşı - VİDEO

DogruXeber.az: - Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat, o cümlədən Astaraçay çayının İran İslam Respublikası ilə sərhəd ərazidən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarlarının bərpası üçün 1,5 milyon manat, Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərində sahilbərkitmə işlərinin aparılması üçün 500 min manat ayrılıb.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon manat ayrılıb.

Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 1,5 milyon manat ayrılıb.

Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün 2019-cu il dövlət büdcəsindən 1 milyon manat ayrılıb.

Astara rayonunun Ərçivan–Artupa–Səncərədi–Alaşa–Züngüləş avtomobil yolunun tikintisi məqsədilə 2019-cu il dövlət büdcəsindən 4,9 milyon manat ayrılıb. 

Bütün bunlar toplamda edir 13.700.000 (on üç milyon yeddi yüz min) AZN.

Gördüyünüz kimi, hələ çox uzağa getmədik. Bu Dövlət büdcəsindən Astara rayonu üçün 2018-ci ildən bəri ayrılan məbləğlərdir.

Zəngin  ölkəmizin  səfil  vətəndaşı - VİDEO

Gördüyünüz bu şəkil isə, yox... Afrikanın yoxsulluqdan əziyyət çəkən hər hansısa bir kəndində deyil, məhz yuxarıda büdcəsini hesabladığımız Astara rayonunun Miki kəndində çəkilib. Şəkildə gördüyünüz xanım isə sözügedən kəndin sakini Hüseynova İlhamə Süleyman qızıdır.



Təqdim etdiyimiz videogörüntülərdə gördüyünüz kimi, xanım bildirir ki, kəndin sakinləri əlbir olub, öz büdcələri ilə ona həyətində bir ev tikiblər. Lakin, işsizlikdən əziyyət çəkən kənd sakinlərinin evi tamamilə tikib, başa gətirməyə maddi imkanları çatmayıb. Xanımın istədiyi, yarım qalmış tikintini bitirib, gələcəyin əsgəri olacaq iki oğul övladı ilə həmin evə yığışmaqdır.

İlhamə xanım onu da bildirir ki, evinin tikilməsinə yardım istəmək üçün müraciət etmədiyi dövlət qurumu qalmayıb. İcra başçısı Qəzənfər Ağayev isə 2012-ci ildən bəri İcra Hakimiyyəti başçısı olduğu rayonun bu kimi problemlərini buvaxta qədər görə bilməməsi təəccüb doğurur.

O boyda rayonda bu boyda problemi görməyən İcra başçısı, eşitdiyimizə görə 2020-ci ildə iş otağında bapbalaca videokamera axtarırmış (hər halda yerli saytlardan birində belə yazılıb). Bu məqsədlə də otağının bütün əşyalarını dəyişdirib, otağı təmir etdirən Qəzənfər müəllim, rayondakı problemləri görüb, aradan qaldırmağa çalışsa, otaqdakı kiçicik "problem" (videokamera) ona qətiyyən zərər verməz deyə düşünürük.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az


Oxunub: 771

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər