Əhali pulunun çoxunu tibbi ləvazimat və dərmana xərcləyir - İLGİNC SƏBƏBLƏR

DogruXeber.az: - Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara istehlakçılar tərəfindən 952 milyon manat vəsait xərclənib.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə 24,8 faiz çoxdur. 2021-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2 faizi əczaçılıq məhsulları, tibbi ləvazimatların alınmasına sərf olunub.
"Sputnik Azərbaycan" əhalinin əczaçılıq məhsulları, tibbi ləvazimatlara xərclərinin artma səbəbini araşdırıb.
Pullar niyə dərmana axır?
Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə əhalinin əczaçılıq məhsulları, tibbi ləvazimatlara tələbatının artmasına təsir edən əsas amil pandemiyadır. Onun sözlərinə görə, pandemiya dövründə əsas tələbat koronavirusun müalicəsində istifadə edilən dərman preparatları ilə yanaşı, tibbi maska, süni tənəffüs aparatları, oksigen balonu, nəbzölçən kimi tibbi ləvazimatlara da artıb:
"Bundan əlavə, koronavirus infeksiyası digər yanaşı xəstəliklərə də təsir etdiyindən, pandemiyanın səngidiyi dövrlərdə insanlar müalicə üçün dərman preparatlarından istifadə etməli oldular. Bu gün hər addımbaşı aptekə rast gəlirik. Təkcə Bakıda Tibb Universitetinin ətrafında onlarla aptek fəaliyyət göstərir. Apteklərin də sayının günü-gündən artması dərman preparatlarına əhalinin tələbatının artmasından xəbər verir".
Ə.Rüstəm bildirir ki, ölkədə əczaçılıq məhsullarına artan tələbat dərman bazarında qiymətlərin bahalaşmasına da təsirsiz ötüşməyib.
İqtisadçı Natiq Cəfərli ölkəmizdə əhalinin əczaçılıq məhsulları, tibbi ləvazimatlara tələbatın artma səbəblərini müxtəlif amillərlə izah edir. Ekspert bildirir ki, xərclərin artması pandemiya şəraitində gözlənilən idi: "Çünki insanların daha çox xəstələnməsi, xəstəlikdən qorunmaq üçün əczaçılıq, tibbi ləvazimatlardan istifadə etməsi fonunda xərclərin artması gözlənilən idi.
Burada bir önəmli məsələ ticarət dövriyyəsində şəffaflıqla da bağlıdır. Nağdsız ödənişlərin artması dövriyyənin artmasına öz təsirini göstərdi. Xərclərin yüksək olması isə insanları narahat edən əsas məsələdir. Dərman vasitələrinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənsə də, yetərli deyil. Şura tərəfindən tənzimlənən qiymətlər əsasən molekullara aiddir. Bu zaman da ən yüksək qiymət müəyyənləşdirilir".
N.Cəfərli deyir ki, qiymətlərin aşağı salınması üçün əczaçılıq məhsulları, tibbi ləvazimatların ölkəyə idxalında güzəştlər edilməlidir: "Dövlət daha çox şirkətlərin əczaçılıq sahəsinə, dərman bazarına daxil olmasına şərait yaratmalı, bu sahədə rəqabət mühiti olmalıdır.
Bundan əlavə, gömrük rüsumları, vergi dərəcələrinin tənzimlənməsi yolu ilə qiymətlərin ucuzlaşmasına imkan yarada bilər. Çünki hazırda ölkəmizdə dərman preparatları, tibbi ləvazimatların 90 faizdən çoxu xaricdən idxal edilir. Bu məhsullara bir çox hallarda gömrük rüsumunun 15 faiz tətbiq edilməsi, ƏDV-nin 18 faiz olması qiymətlərin yüksəlməsinə səbəb olur".
Ekspert bildirir ki, ölkə əhalisinin ümumi xərclərinin 2,5-3 faizinin dərman və tibbi ləvazimatlara yönəldiyi görünür. Amma bu, ailə büdcəsi çərçivəsində daha böyükdür: "Bu gün azbüdcəli ailələrin orta hesabla ayda 30 manat dərmana xərcləməsi müşahidə olunur. Ona görə də daha çox istifadə olunan dərmanlar icbari tibbi sığorta hesabına əhaliyə pulsuz verilməlidir. Nəzərə alınmalıdır ki, pandemiya dövründə yanaşı xəstəliklər də güclənib. Əhalinin dərman xərcləri artıb".
Qeyd edək ki, ötən ilin 11 ayında da əhalinin dərman xərcləri kəskin artmışdı. Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları, tibbi ləvazimatlara istehlakçılar tərəfindən 851,2 milyon manat vəsait xərclənib. Bu da 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz çoxdur.
Xatırladaq ki, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 milyard manatlıq, o cümlədən 24,0 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Müəyyən dərmanlar əhaliyə pulsuz veriləcək
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali də İcbari tibbi sığorta xidmətləri göstərilir. İcbari tibbi sığorta hazırda təxirəsalınmaz təcili yardım, ilk yardım, ambulator müayinə və stasionarda yatışın xərclərini ödəsə də, gələcəkdə ambulator xəstələrin dərman preparatlarını da pulsuz alması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi qrupunun rəhbəri Könül Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, ambulator, yəni evdə müalicə alan xəstələr resept üzrə dərmanları aptekdən öz hesabına almalıdırlar:
"Bəzən xəstələr özlərində hiperdiaqnostika aparmağa meyilli olurlar. Özləri KT, MRT, rentgendən keçir, əməliyyat olunmaq, xəstəxanada yatmaq istəyirlər. Amma ailə həkimi müayinə edib, adi bir soyuqdəymə, keçici bir hal olduğunu təyin edir, resept yazır və evə müalicəyə göndərir. Lakin çox xəstələr bununla razılaşmırlar".
"Səbəb məlumdur. Məsələn, xəstə antibiotik içməlidir. Bu müalicəyə özü xərc çəkməsin deyə, stasionarda yatış tələb edir. Çünki orada dərmanlar da pulsuzdur. Bu, xəstəxanaların yüklənməsi, xərclərin çoxalmasına səbəb olur, insanlar icbari tibbi sığortadan şikayət etməyə başlayırlar", - Ələkbərov əlavə edib.
Onun sözlərinə görə, yaxın gələcəkdə icbari tibbi sığorta dərman təminatını da pulsuz edəcək, elektron resept qüvvəyə minəcək. Xəstə həkimin yanından çıxıb aptekdə şəxsiyyət vəsiqəsini göstərəcək, əczaçı sistemdə dərhal həkimin reseptini görəcək və ona uyğun da dərmanlarını pulsuz verəcək.
Bu zaman xəstələrin özbaşına lazımsız dərmanlar almasının da qarşısı alınacaq. Reseptlər onlayn olanda dərmanlar pulsuz veriləcək, bununla da insanların, xüsusən rayonlarda pasiyentlərin xəstəxanaya düşmək istəyi də sönəcək.


Oxunub: 336

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər