Azərbaycanda COVID-19 xəstələrinin karantin müddəti azaldılıb

DogruXeber.az: - "Son zamanlar dünya ölkələrində SARS-CoV-2 virusunun “Omicron” ştamının yayılması halları müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı ölkələri xəstəliklə aparılan mübarizə tədbirlərinə yenidən baxmağa çağırır. Bu baxımdan, yeni ştamın spesifik xüsusiyyətləri nəzərə alınaraq test strategiyaları, karantin müddətləri, xəstələrin müşahidə və müalicə metodlarında dəyişikliklər olunur".

Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

“Beynəlxalq təcrübəni və mövcud elmi araşdırmaların nəticələrini nəzərə alaraq, SARS-CoV-2 PZR test nəticəsi “müsbət” olan şəxslərin və onların müəyyən olunmuş “sıx təmaslı”larının təcrid (karantin) müddəti ölkəmizdə 24 yanvar 2022-ci il tarixindən etibarən 14 gündən 7 günə azaldılır.

“Omicron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlarımızdan səhiyyə qurumlarımız tərəfindən müəyyən olunmuş virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmələri xahiş olunur:

• Maska taxın.

• Tez-tez əllərinizi yuyun və ya antiseptik vasitələrdən istifadə edin.

• Fiziki məsafə saxlayın.

• İnsanların sıx toplaşdığı yerlərdən uzaq durun.

• Vaksin olunun.

Virusa yoluxduğunuz halda:

• Özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid edin.

• Təcrid olduğunuz yeri tez-tez havalandırın.

• Gün ərzində 2 dəfə bədən hərarətinizi ölçün.

• Bol maye qəbul edin.

• Yataq rejiminə riayət edin.

• Hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edə bilərsiniz.

• 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) sizi narahat edərsə, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verin.

• Ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durun.

• Qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul etməyin.

• Orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmayın.

Unutmayaq ki, vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq”, - birgə məlumatda qeyd olunub.


Oxunub: 428

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər