Dünya Alimlər Kuboku Çempionatının Bakı mərhələsi keçirilir - FOTO

"DogruXeber.az" xəbər verir ki, Avropa Azərbaycan Məktəbində Dünya Alimlər Kuboku Çempionatının (World Scholar’s Cup) Bakı mərhələsi keçirilir.

Avropa-Azərbaycan Məktəbinin icraçı direktoru Françesko Bankini bildirib ki, 3 gün davam edəcək tədbirdə Bakının 10 məktəbindən 500 şagird iştirak edir.

“Məktəbdə Dünya Alimlər Kuboku turnirinin yenidən keçirilməsi əla fürsətdir. Bu, şagirdlərimizin qeyri-standart yanaşmaları sınaqdan keçirdikləri, təhlil etməyi və rasional həll yolları axtarmağı öyrəndikləri, öz aralarında müzakirələr apardıqları və komandada işlədikləri ümumdünya müsabiqəsidir. Şagirdlər burada müxtəlif bacarıqlara sahib olacaqlar və bu günlər ərzində bir-birləri ilə əməkdaşlıq edəcəklər. Biz Avropa Azərbaycan Məktəbində şagirdlərimizin üfüqlərini WSC və digər bu kimi müxtəlif beynəlxalq olimpiadalara cəlb etməklə genişləndirməyə çalışırıq”, - o bildirib.

Qeyd edək ki, iştirakçılar incəsənət, musiqi, tarix, ədəbiyyat, media, sosial elmlər, elm, texnologiya və bu il xüsusi sahə olmaqla, altı akademik fənn üzrə fərdi və komanda debatlarında, yazı və bilik testlərində iştirak edəcəklər. Bakıda yüksək performans göstərən qalib komandalar 2022-ci ilin iyununda Dubayda keçiriləcək Beynəlxalq Mərhələdə və noyabrda Yale Universitetində hər il keçirilən WSC Çempionlar Turnirində iştirak hüququ qazanacaqlar.

Xatırladaq ki, Dünya Alimlər Kuboku 2007-ci ildə təsis edilib. O vaxtdan 70-dən çox ölkədə keçirilən 150 tədbirdə hər il 50.000-dən çox tələbəni əhatə edib. Proqramın missiyası inklüziv zənginləşdirmə sayəsində mənşəyindən və mədəniyyətlərdən asılı olmayaraq bütün gəncləri öyrənməyə, əylənməyə, əməkdaşlıq etməyə və böyüməyə ruhlandırmaqdır. 2020-ci ildə məktəblilər arasında keçirilən WSC Bakı mərhələsinin şəhər üzrə 16 məktəbdən – 404 ibtidai və orta məktəb şagirdi iştirak edib.


Oxunub: 322

Son xəbərlər

Kirvəsindən yarımış bələdiyyə sədri Qəbristanlığı "biznes mərkəzi"nə çevirib? - VİDEO

Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Borc alınması və zəmanət verilməsi qaydası dəyişdi

“Ölkədə çiyələklər bu cür kimyəvi maddələrlə yetişdirilir” - Ekspert həyəcan təbili çaldı...

Zaur Qurbanov Xəyyam Məmmədovla əvəzləndi

Prezidentdən Mətin Eynullayevlə bağlı SƏRƏNCAM

İlham Əliyev bu nazirliyə 5 milyon manat ayırdı - SƏRƏNCAM

Əli Əliyevi məhkəməyə verən Ramiz Göyüşov imiş

"Hətəmxan müəllim məktəbin direktor müavinidir" - QALMAQAL

Rəhman Hümmətov Franz Vessiqla görüşdü - FOTO

"Ölkəni tərk edərkən də heç kim məni saxlamadı" - AÇIQLAMA

Belarusun baş naziri Azərbaycana gələcək

Cəlilabad meşələri qan ağlayır

Rusiya Odessaya raket zərbəsi endirdi

"Nadirin bu addımı bağışlanmazdır" - FOTO

İsa Qəmbər 180 manatla bağlı razılıq verdi - Vəkilindən AÇIQLAMA

Yaşar Aydəmirovun əmisi oğlu FHN-nin hansı generallarının adından rüşvət yığıb? — ŞOK FAKTLAR

Sabah hava necə olacaq?

Oqtay Əsədovun həyat yoldaşı Moskvada 14 milyon qazanıb - FOTOFAKT

Avstriya NATO-ya üzv olmayacaq

Məşhur klinikada insident - İki zabit mühafizəçini döydü

Ağstafa səhiyyəsinin KÖNÜLÜ NƏ İSTƏR?.. - İki göz: ikisi də əyri...

Paşinyan Moskvadadır

Şəki sakinlərinin LƏTİFƏ KİMİ DƏRDİ... - Belə də olurmuş...

İlham Əliyev Nurdinjon İsmoilovu qəbul etdi

Putinin İrana səfəri gözlənilir

Cavid Qurbanov bu işçilərin maaşını 150 manat KƏSİR - Onlar ETİRAZA QALXDI

ABŞ-da kilsəyə silahlı hücum oldu

"Avronun ucuzlaşması davam edəcək" - Deputat

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtdı - SƏBƏB

Bütün xəbərlər