Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Bəzi icra başçıları biznesmenləri sıxışdırır, pullarını alırlar” – Deputat

20-04-2018, 23:09

“Bəzi icra başçıları biznesmenləri sıxışdırır, pullarını alırlar” – Deputat









“Bölgələrdə bəzi İcra Hakimiyyətlərinin başçıları yerli biznes nümayəndələri sıxışdırır, onlara aid olmayan işlərə cəlb edir, vəsaitlərini, pullarını əllərindən alırlar”

Bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi bildirib. Deputata deyib ki, bu yaxınlarda bir rayonda İcra Hakimiyyəti başçısının biznesmeni təzyiqə məruz qoyması, pulunu geri qaytarmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar ciddi narazılıq yaradıb: “Təəssüf ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Hələ plenar iclasadək vaxt var, yaxşı olardı ki, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın. İcra Hakimiyyəti başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırmır”.

Deputat Hikmət Məmmədov isə həmkarından konkret olaraq həmin İcra Hakimiyyəti başçılarının adlarının açıqlamasını xahiş edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram