Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olunub

25-04-2018, 16:06

Kənd Təsərrüfatı Nazirliyinə yeni sözçü təyin olunub








Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olunub.

“Report”un məlumatına görə, Anar Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.

Anar Hüseynov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

Xatıladaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Prezident İlham Əliyevin aprel ayının 21-də imzaladığı sərəncam ilə vəzifəsindən azad olunub və Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram