Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Nazirlər Nazim İbrahimovun qızının toyuna qatılmadı - FOTO

Nazirlər Nazim İbrahimovun qızının toyuna qatılmadı - FOTO
6-05-2018, 14:37 385 dəfə baxılıb

Nazirlər Nazim İbrahimovun qızının toyuna qatılmadı - FOTO













Xəbər verdiyimiz kimi, mayın 5-də "JW Marriott Absheron” otelində Diasporla İş üzrə Dövlət Komitəsinin eks-sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimovanın toyu olub.

Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nazim İbrahimov dəvət etdiyi nazirlər və daha yüksək ranqlı məmurların heç biri onun qızının toyuna qatılmayıb.

N.İbrahimov övladının toyunu yalnız eks məmurlar, şou-biznes nümayəndələrinin əhatəsində olmaqla yola verməli olub.

Xatırladaq ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təqdimatında sabiq sədr Nazim İbrahimovu sərt tənqid edib.

PA rəhbəri qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram