Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Eurovision-2018” mahnı müsabiqəsində daha 10 ölkə finala vəziqə qazanıb

“Eurovision-2018” mahnı müsabiqəsində daha 10 ölkə finala vəziqə qazanıb
11-05-2018, 08:31 378 dəfə baxılıb

“Eurovision-2018” mahnı müsabiqəsində daha 10 ölkə finala vəziqə qazanıb







Portuqaliyanın paytaxtı Lissabonda mayın 10-da “Eurovision-2018” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.


Səhnəyə ilk olaraq Norveç təmsilçisi, “Eurovision-2009”-un qalibi Aleksandr Rıbak çıxaraq, özünün müəllifi olduğu “That"s How You Write a Song” mahnısını ifa edib və finala vəsiqə qazana bilib.


Ümumilikdə ikinci yarımfinalda 18 ölkə finala keçmək uğrunda yarışıb. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Norveç, Serbiya, Danimarka, Moldova, Niderland, Avstraliya, Macarıstan, İsveç, Sloveniya və Ukraynadır.

Qeyd edək ki, mayın 8-də baş tutmuş birinci finalda 19 ölkənin təmsilçisi çıxış edib. Onlardan 10 ölkə finala vəsiqə qazanıb: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya. Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxaraq "X my heart" mahnısını ifa edib. Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

"Eurovision-2018"-in final mərhələsi mayın 12-də baş tutacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram