Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

İcra başçısı iki müavini işdən çıxardı - Yeni təyinatlar

12-05-2018, 14:25

İcra başçısı iki müavini işdən çıxardı - Yeni təyinatlar














Cəlilabad rayonu İcra Hakimiyyətinin yeni başçısı Natiq Zeynalov kadr dəyişikliyi edib.

DogruXeber.az-ın modern.az-a istinadən məlumatına görə, icra başçısı iki müavinini işdən çıxarıb. Belə ki, Vidadi Dövlətov başçının birinci müavini postundan, Ziyafət Şahmarov isə başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsindən azad edilib.

N. Zeynalov dünən həmin vəzifələrə öz kadrlarının təyinatını da gerçəkləşdirib.

Başçının birinci müavini vəzifəsinə Mansur Məmmədov, başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri postuna Alıcı Dilavərov gətirilib.

Kadr dəyişikliyini Cəlilabad rayonu İcra Hakimiyyətindən təsdiqləyiblər.

Xatırladaq ki, Natiq Zeynalov ölkə başçısının 6 fevral 2018-ci il tarixli sərəncamı ilə Cəlilabad rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram