gundem
9.06.2018, 11:40
Mərhum jurnalistin oğlu dünyaya gəldi: öz adını verdilər
APA TV-nin mərhum əməkdaşı Natiq Qədimovun oğul övladı doğulub.
Bu barədə APA TV-nin əməkdaşları sosial mediada məlumat yayıb. Yeni doğulan körpəyə Natiqin öz adı verilib.
Qeyd edək ki, Natiq Qədimovun ötən ilin noyabırnda 41 yaşında infarktdan vəfat edib. Mərhum jurnalistin daha bir oğlu var.