Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gəncədə avtomobil qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb

4-12-2017, 20:14

http://az.apa.az/upload/images/news/2017/december/04/big/gencede-qeza-04122017.jpghttp://az.apa.az/upload/images/news/2017/december/04/big/gencede-qeza-04122017-1.jpgGəncədə avtomobil qəzasında ağır bədən xəsarətləri alan 56 yaşlı kişi xəstəxanada ölüb.

APA-ya istinadən xəbər veririk ki, bu ilin oktyabrın 27-də şəhərin Atatürk prospektində “VAZ 21011” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır bədən xəsarətləri alan, “VAZ”da olan 1961-ci il təvəllüdlü Vidadi Hümbətov bu gün xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, qəzada avtomobildə olan V. Hümbətovun oğlu, 2003-cü il təvəllüdlü Ümid Hümbətov də bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq, 14 yaşlı Ümidin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Telegram Facebook Twitter Youtube Instagram