gundem
11.07.2018, 13:37
Şəhid polislərlə vida mərasimi başlayıb
Gəncədə şəhid olan polis əməkdaşları ilə vida mərasimi keçirilir.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri, o cümlədən Gəncə İcra Hakimiyyəti nümayəndələri iştirak edirlər.
Polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaqlar.