Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda maşınların qeydiyyat rüsumu dəyişdi – QİYMƏTLƏR

Azərbaycanda maşınların qeydiyyat rüsumu dəyişdi – QİYMƏTLƏR
2-08-2018, 16:44 360 dəfə baxılıb

Azərbaycanda maşınların qeydiyyat rüsumu dəyişdi – QİYMƏTLƏR













Nazirlər Kabineti 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun yeni məbləğlərini müəyyən edib.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə –0,05 manat;
2.1.2. 3000 kubsantimetrədək100 manat+ mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;
2.1.3. 4000 kubsantimetrədək200 manat+ mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;
2.1.4. 5000 kubsantimetrədək400manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;
2.1.5. 5000 kubsantimetrdən çox olduqda1500manat;
2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın 2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir: 2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0; 2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8; 2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.
Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram