Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ- Gürcüstandan gələn ətlərdə xəstəlik aşkarlandı

8-08-2018, 12:23

Qida Təhlükəsizliyi Agentliyindən XƏBƏRDARLIQ- Gürcüstandan gələn ətlərdə xəstəlik aşkarlandı













Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi əhaliyə xəbərdarlıq edib.

Bu barədə musavat.com-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə xəbərdarlıqda deyilir: “Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələbləri nəzərə alınmalıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Gürcüstan Respublikasının Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram