Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Xaricdən maliyyələşənlər aşurada iğtişaş salmaq istəyir” - Şeyx

“Xaricdən maliyyələşənlər aşurada iğtişaş salmaq istəyir” - Şeyx
4-09-2018, 11:40 263 dəfə baxılıb

“Xaricdən maliyyələşənlər aşurada iğtişaş salmaq istəyir” - Şeyx













Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlaması münasibətilə fətva verib. “Qafqazinfo” xəbər verir ki, bununla bağlı idarədə tədbir keçirilib.

Tədbirdə çıxış edən A.Paşazadə deyib ki, Sovet dövründə də ölkəmizdə Məhərrəmlik ayı keçirilib: “O zaman da bu aya müqəddəs ay kimi baxıblar. O dövrdə ölkədə 17 məscid var idi, indi isə 2000 məscid var. Hazırda həm sünni, həm də şiə məzhəbindən olan qardaşlarımız bu məscidlərdə İmam Hüseyn əleyhsalamın təziyadarlığını edirlər.

Bir dəfə Hacı Salmanla da zarafat etdim. Dedim ki, onlar istəyirlər ki, İmam Hüseyni bizə verməsinlər, ancaq şiələrindir. İmam Hüseyn həm sünnilərin, həm də şiələrindir. Peyğəmbər övladıdır. Biz peyğəmbəri bölüşə bilmərik. Bəzi təxribatlar salmaq istəyən adamlar da var idi. Onların məqsədləri dinə yaxşılıq etmək deyil, dindən öz məqsədləri üçün istifadə etməkdir. Bu günlərdə xüsusilə aşura və matəm günlərindən istifadə edib iğtişaş salmaq, xalqımızın içində nifaq salmaq istəyirlər. Bunlar da əlbəttə ki, gözü gütürməyən xaricdən maliyyələşdirilən və yol göstərilən bəzi qrupların atdığı addımlardır. Amma bizim xalqmız həmişə oyaq olub. Həqiqətin nə olduğunu gözəl bilir. Aşura günü bizim üçün müqəddəsdir. Bu gün haqqın və ədalətin bərpa olunduğu gündür”.

Günel Türksoy






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram