Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR SAXLANILDI

20-10-2018, 13:10

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXSLƏR SAXLANILDI

















Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Aydın Mehrəliyev saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış zamanı, oradan olan sellofan torbada təmiz çəkisi 190 qram olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsi şübhəli bilinən iki yeniyetmə, 16 yaşlı N.B və 17 yaşlı M.M şəxslər saxlanılıb. Onlar üzərinə baxış zamanı N.B-dan 0.265 qram və M.M-dən 0.5 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram