Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq” -Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri

“Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq” -Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri
19-11-2018, 19:52 208 dəfə baxılıb

“Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq” -Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri













Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaq və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Afaq Abdullayeva ifadə verib.

O bildirib ki, bağçaya işə düzəlmək üçün T.Bağırovaya 1500 manat pul verib: “Bağçada 1 ay 15 gün də işləmişəm. Təzə təmirdən çıxan yer idi. Dişimizlə, dırnağımızla təmizləmişik”.

Hakim təqsirləndirilən şəxslərdən zərəri nə zaman ödəyəcəklərini soruşub.

T.Bağırova ilə A.Əliyeva növbəti həftəyə qədər vaxt istəyiblər.

Daha sonra şahid qismində Vüsal İsmayılov dindirilib. O, xanımını bağçaya həkim kimi işə düzəltmək üçün 1500 manat pulu T.Bağırovaya verdiyini söyləyib.

Şahid Lalə Şərifova da işə düzəlmək üçün 1500 manat pul verdiyini qeyd edib. O bildirib ki, 6 ay Yasamaldakı bağçada tibb bacısı kimi işləyib, cəmi bircə dəfə 50 manat maaş alıb.

Məhkəmədə təqsirləndirilən Ə.Əliyeva deyib ki, hər ikisi vətəndaşlardan pul alıb, amma hazırda T.Bağırova onu günahkar çıxarır: “Aldığımız pulu qaytarmalıyıq. Tərlan xanım azadlıqda olanda ona söylədim ki, “gəl Kürdəxanıya danışaq, məsələni həll edək”. O, Kürdəxanıya gələ bilməyəcəyini dedi. Sonra da özü tutuldu. Mən başqa cür onunla necə danışa bilərəm. Aramızda telefon danışıqları var. Kimin kimdən pul aldığı bəllidir. İkimiz də pul almışıq”.

T.Bağırova isə vurğulayıb ki, o, işə götürülənləri A.Əliyevanın istəyi ilə qəbul edib: “Bağça mənim deyildi. Aləmzargil açdı və məni də ora müdir təyin elədilər. İşə adam götürüb yanıma göndərirdilər. Mən nə edə bilərdim? Axşam da özü pulu məndən alırdı. Onsuz da tutulacağıq. Heç olmasa kişi qızı kimi düzünü danışaq”.

Məhkəmənin növbəti iclası noyabrın 26-na təyin edilib.

İttiham aktına əsasən, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçisi Azər Əliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1; 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Barəsində həbs qətimkan tədbiri seçilmiş A.Əliyeva bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində dövlət qulluqçusu vəzifəsində çalışıb. A.Əliyev isə sabiq polis əməkdaşı olduğunu deyib.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən T.Bağırovanın barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri dəyişdirilib. O, ötən məhkəmə iclasına gec gəldiyi üçün barəsində həbs qətimkan tədbiri seçilib. T.Bağırova məhkəmə zalında həbs olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram