Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Külli miqdarda narkotik maddə və silah götürülüb

Külli miqdarda narkotik maddə və silah götürülüb
5-02-2018, 14:29 337 dəfə baxılıb

 Külli miqdarda narkotik maddə və silah götürülüb














Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu müəyyənləşib. Baxış zamanı onun üzərindən 1,5 qram tiryək aşkarlanıb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Sübhan Əliyevin yaşadığı evə də baxış keçirilib. Oradan əlavə 1 kiloqram 945 qram marixuana, 4,1 qram heroin, 92,84 qram tiryək, həmçinin müvafiq sənədləri olmayan lüləsi kəsilmiş 1 ədəd "TOZ-25”, 1 ədəd xaricdə istehsal edilmiş ov tüfəngi, 6 patron, 3 xəncər, 1 balta və 1 maska aşkarlanaraq götürülüb.

ŞRPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində saxlanılan Qumbaşı kənd sakini Yalçın Dadaşovun üzərinə baxış zamanı tiryək aşkar edilib. Polis əməkdaşları tərəfindən onun evinə baxış zamanı əlavə olaraq 114,54 qram tiryək, 5,571 qram heroin, "Metamfetamin” və xəncər aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb.|






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram