Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda küçənin ortasında gənc oğlan öldürüldü

11-01-2019, 19:07

Bakıda küçənin ortasında gənc oğlan öldürüldü


















Bakıda qətl törədilib.
Sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 64 ünvanında üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan kişi meyiti aşkar edilib.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hadisə yeri və meyitə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin, 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlu olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda İstintaq qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram