Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda narkotacir saxlanıldı

Bakıda narkotacir saxlanıldı
15-01-2019, 13:41 222 dəfə baxılıb

Bakıda narkotacir saxlanıldı


















Sabunçu rayonunda narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunmaları istiqamətində tədbirlər davam etdirilir.

Belə ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis idarəsi 12-ci polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Balaxanı qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Müşfiq Novruzov saxlanılıb. Həmin şəxs 0,581 qram narkotik vasitə olan heroini şərti alıcıya 30 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Əməliyyat tədbirlərinin davamı olaraq M.Novruzovdan əlavə satmaq məqsədilə əldə edib gizlətdiyi 1 kiloqram 710 qram heroin də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib.

Bakıda narkotacir saxlanıldı


Bakıda narkotacir saxlanıldı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram