Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda ən çox Abşeronda əhalinin sayı artır

Azərbaycanda ən çox Abşeronda əhalinin sayı artır
16-01-2019, 09:51 271 dəfə baxılıb

Azərbaycanda ən çox Abşeronda əhalinin sayı artır


















Son onilliklər ərzində Azərbaycanda ən yüksək əhali artımı Abşeron iqtisadi rayonunda baş verib.
DogruXeber.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, əhalinin çox böyük sıxlığı (hər kvadrat km-ə 200 nəfərdən çox) ilə seçilən ərazilər əsasən Bakı şəhər aqlomerasiyasında yerləşir. Bakı və Sumqayıtın bəzi ərazilərində hər kvadrat km-ə düşən əhalinin sıxlığı 3 000 nəfərdən çoxdur.

Bakı və Sumqayıt Abşeron yarımadasının ümumilikdə 17 faizini təşkil etsə də, burada ümumilikdə Abşeron iqtisadi rayonunun əhalisinin 78 faizi cəmlənib.

Abşeron iqtisadi rayonunda ümumi əhalinin sayı 26,75 faiz, kənd əhalisinin sayı isə 44,15 faiz çoxalıb ki, bu da orta respublika göstəricisindən müvafiq olaraq 5,93 və 28,16 faiz çoxdur.

Qeyd olunub ki, iqtisadi-coğrafi rayonlar arasında orta respublika səviyyəsindən az əhali artımı Dağlıq Şirvan, Şəki-Zaqatala, Yuxarı Qarabağ və Gəncə-Qazaxda qeydə alınıb.

Respublikada əhalinin ümumi təbii artımının daha çoxunu kişilər təşkil edir. Bu göstərici şəhər yerləri ilə müqayisədə kənd yerlərində daha yüksəkdir. Şəhər yerlərində 2005-ci ildə əhalinin ümumi təbii artımının 53,7 faizini, 2010-cu ildə 53,2 faizini, 2015-ci ildə 51,5 faizini kişilər təşkil etmişdisə, kənd yerlərində müvafiq göstəricilər 54,5 faiz, 55,4 faiz, 54,1 faiz olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Telegram Facebook Twitter Youtube Instagram