Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Gürcüstanda 74 Azərbaycan vətəndaşı cəza çəkir

Gürcüstanda 74 Azərbaycan vətəndaşı cəza çəkir
8-02-2018, 17:37 327 dəfə baxılıb

Gürcüstanda 74 Azərbaycan vətəndaşı cəza çəkir













2017-ci ilin dekabr ayına olan məlumata əsasən, Gürcüstanda həbsxanalarda 74 Azərbaycan vətəndaşı saxlanılır.

Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 25-i təqsirləndirilən, 49-u isə məhkum olunmuş şəxsdir. Təqsirləndirilənlərdən 24-ü kişi, 1-i qadın, məhkumların isə 46-sı kişi, 3-ü qadındır.

Gürcüstanda ümumilikdə 447 əcnəbi həbs cəzası çəkir. Onların 157-si təqsirləndirilən, 290-ı isə məhkum olunmuş şəxsdir. Həbs cəzası çəkən xarici vətəndaşlar arasında birinci yeri 117 nəfərlə Türkiyə tutur.

Qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının sayı 56, İran vətəndaşlarının sayı 35, Ermənistan vətəndaşlarının sayı isə 25 nəfər təşkil edir/APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram