Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanıldı

Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanıldı
19-02-2019, 13:40 228 dəfə baxılıb

Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanıldı



















Bakıda üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədi ilə əməliyyat həyata keçirilib.

Nəticədə Masallı rayon sakini Emin Sadıqov polislər tərəfindən şübhəli şəxs qismində Atatürk prospektində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Belçika istehsalı olan “Browning” markalı tapança və həmin silaha məxsus 3 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.

E.Sadıqov barəsində 16-cı polis bölməsində toplanan materiallar araşdırılması üçün Nərimanov rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərilib. Artıq faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Bakıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanıldı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram