Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Şirvanda ər arvadını bıçaqladı

9-02-2018, 15:59

Şirvanda ər arvadını bıçaqladı













Bıçaq xəsarəti ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilən 36 yaşlı Əhmədova Xəyalə Eldar qızı reanimasiyaya yerləşdirilib.

Şirvan şəhər xəstəxanasından cərrah Əfsər Rzazadənin verdiyi məlumata görə, xəstə gecə saatlarında qarın boşluğundan bıçaqlanma ilə xəstəxanaya daxil olub: "Xəstə qarının ön divarının daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya daxil olub. Bıçaq daxili orqanları qaraciyəri, bağırsaqları zədələyib. Dərhal əməliyyata alınıb. Hazırda xəstə reanimasiyada nəzarətdə saxlanılır. Vəziyyəti stabildi. Xəstənin dediyinə görə, hadisə ailə məişət zəminində baş verən mübahisə zamanı olub"

***

Şirvan şəhər xəstəxanasına bıçaq xəsarəti ilə 36 yaşlı qadın daxil olub.

Şirvan şəhərində məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Xəyalə Eldar qızı bıçaq yarası ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Ona qarının ön divarının daxilə nüfuz etmiş kəsilmiş-deşilmiş diaqnozu qoyularaq əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır. Bəzi məlumatlara görə, qadının həyat yoldaşı tərəfindən bıçaqlandığı ehtimal olunur.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır./apa






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram