Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Sumqayıt sakini əmisini öldürdü - İzi itirmək üçün mənzilə od vurdu

Sumqayıt sakini əmisini öldürdü - İzi itirmək üçün mənzilə od vurdu
8-03-2019, 14:56 351 dəfə baxılıb

Sumqayıt sakini əmisini öldürdü - İzi itirmək üçün mənzilə od vurdu


















Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təffərüatı məlum olub.

DogruXeber.az "Report"a istinadən xəbər verir ki, "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.

Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlu törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.

Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib .

Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vaistəsi ilə açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Telegram Facebook Twitter Youtube Instagram