hadise
12.02.2018, 17:49
10 gündə 35 yol qəzası: 18 ölü, 47 yaralı
Fevral ayının 10 günündə respublikanın avtomobil yollarında 35 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, fevral ayının 1-dən 10-dək yol qəzalarında 18 nəfər ölüb, 47 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, bu ilin yanvar ayında respublikanın avtomobil yollarında 108 yol-nəqliyyat hadisəsi baş verib. Yol qəzalarında 45 nəfər ölüb, 141 nəfər isə xəsarət alıb./XəzərXəbər