hadise
17.02.2018, 11:20
Lənkəranda motosiklet yük maşını ilə toqquşub - xəsarət var
Lənkəran rayonunda motosikllə yük maşını toqquşub, xəsarət alan var.
Hadisə Ələt-Astara magistralının rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Rizvan Hüseynovun idarə etdiyi "Muravey" markalı motosikl "Ford" markalı, 42 BT 731 dövlət-qeydiyyat nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə motosiklin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report