Bakı-Quba magistral yolunda çatlar yarandı










Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində yolun inşası zamanı yol verilən konstruktiv səhvlər, həmçinin avtomobil yolu ilə əsasən Qubadan Bakı şəhərinə istiqamətində normadan artıq yüklənmiş yük maşınlarının (ümumi nəqliyyat vasitələrinin 67,82% təşkil edir) hərəkəti nəticəsində yolun örtüyündə çatlar və dağılmış hissələr yaranıb.


Bu barədə DogruXeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.


Agentlik hesab edir ki, bu isə haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin müdaxiləsi ilə sözügedən yol boyu təxirəsalmaz və kompleks tədbirlərə start verilib.


Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır. İşlər yolu 130-53-cü və 28-16-cı km-lik hissələrində aparılmaqla 200 min kv.m-dən çox sahəni əhatə edir.


Təmir-bərpa işləri zamanı yolun örtüyününün çatlamış və dağılmış hissələri frezlənərək kənara daşınır, bunun əvəzinə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir.


Tərtib olunmuş qrafikə uyğun AAYDA-nin rəhbərliyinin birbaşa nəzarəti altında aparılan təmir-bərpa işləri artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı şəhəri istiqamətində 130-98-ci, 83-70-ci və 28-20-ci km-lik hissələrində aparılaraq yekunlaşdırılıb. Sözügedən hissələrdə görülmüş işlərin sahəsi 130 min kv.m-ə yaxındır. Hazırda yolun 98-83-cü, 70-53-cü və 20-16-cı km-lik hissələrində təmir-bərpa işləri görülməkdədir.


Anoloji işlər yolun əks istiqamətində də aparılır. Burda da yol örtüyünün dağılmış hissələri frezlənir, ardınca isə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyü döşənir. Bakı-Quba istiqaməti üzrə aparılan bu işlər 7 min kv.m sahədə artıq bitib.


Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik Bakı-Gəndob hissəsində hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolun dağılmış və deformasiyaya uğramış bütün hissələrinin bərpası istiqamətində işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.


Aparılan təmir-bərpa işlərini nəzərə alaraq sürücülərdən sözügedən yol boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.


Oxunub: 567

Son xəbərlər

Azərbaycanda siqaretin qiyməti bahalaşacaq?

Bu amillər görmə qabiliyyətini azaldır

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Məişət zorakılığına görə cəzalar sərtləşdirildi

Naxçıvan Ali Məclisində yeni təyinatlar

"Sülhməramlılarımızın Qarabağda nə işi var?" - Zatulin

Azərbaycan əhalisinin sayı açıqlandı

Ekoloqdan xəbərdarlıq: "Azərbaycanı böyük su problemi gözləyir"

İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi - FƏRMAN

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq

Azərbaycanlı Polşada deputat seçildi

Bu şəxslərə əsas olmadan sığorta ödənişi edildi

Bu vitaminlər həyat üçün təhlükə yarada bilər

Xəzərin Azərbaycan sektorunda süni torpaq sahələri yaradılacaq

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə xəbərdarlıq - VİDEO

60 il öncə Göygöl necə görünürdü? - VİDEO

Akif Çovdarov yenidən məhkəmədə: 30 milyonluq əmlakın taleyi necə olacaq?

"Azərbaycan Kredit Bürosu" yeni skorinq xidmətini istifadəyə verib

Nazirlik: Saxta müfəttişlər sahibkarları cərimə ilə təhdid edərək yoxlama aparıb

Dostlarınız sizə zərər verə bilər - Bürclər nə deyir?

Azərbaycanda dollar bahalaşa bilər? - AÇIQLAMA

“Azərişıq” Şərqi Zəngəzurda yenidənqurma işlərini davam etdirir - VİDEO

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək

Tokayev Ermənistana getdi

ABŞ Senatında Ukrayna və İsrailə yardımla bağlı konsensus əldə olunub

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

İranın Haaqadakı səfiri XİN-ə çağırıldı

Bu günə olan valyuta məzənnələri

Akademik Zərifə Əliyevanın anım günüdür

Sudanda münaqişə ərzində 13 mindən çox insan həyatını itirib

Bütün xəbərlər