Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda bu qədər vakant müəllim yeri var

Azərbaycanda bu qədər vakant müəllim yeri var
29-08-2019, 17:17 175 dəfə baxılıb

Azərbaycanda bu qədər vakant müəllim yeri var











Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, 3000-ə qədər müəllim daimi əsaslarla işə qəbul edilib.

DogruXeber.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə məlumat verib.

O bildirib ki, 2019-cu ildə 41 mindən artıq namizəd müəllimlərin işə qəbulu üzrə test imtahanlarında iştirak edib. Müsabiqənin müsahibə mərhələsində iştirak üçün 3728 namizəd çağırılıb:

"Həmin namizədlərin 3180-i müsahibə prosesinə buraxılıb. Müsahibənin nəticələri dünən iştirakçıların şəxsi səhifələrinə göndərilib. Elan edilmiş nəticələrə əsasən, 3000-ə qədər namizəd müsahibədən uğurla keçib.

Müsahibə mərhələsində heç bir ciddi dəyişiklik yoxdur, sadəcə, məkan dəyişikliyi olacaq. Belə ki, müsahibələr Texniki Universitetin idman zalında yox, namizədlərin şəxsi səhifələrinə göndərəcəyimiz orta ümumtəhsil məktəblərində keçiriləcək".

M.Camalzadə bu il müsabiqəyə 7310 vakant yerin çıxarıldığını bildirib:

"Çalışmışıq ki, bütün regionlar üzrə vakant yerlər olsun"./Oxu.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Telegram Facebook Twitter Youtube Instagram