Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Azərbaycanda polis meşədə əməliyyat keçirdi: Narkotacir saxlanıldı

7-09-2019, 15:09

Azərbaycanda polis meşədə əməliyyat keçirdi: Narkotacir saxlanıldı













Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan DogruXeber.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası, satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qalınçaq kənd sakini 26 yaşlı Vüqar Fətəliyev saxlanılıb.


Onun ətrafında davam etdirlən tədbirlərlə V. Fətəliyevin Qalınçaq kəndindəki meşəlik ərazidə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu aydın olub.


Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 1527 ədəd çətənə kolu, ümumi çəkisi 20 kq-a yaxın olan çətənə bitkisinin hissələri, eləcə də həmin narkotik tərkibli bitkilərdən yığaraq əldə etdiyi 2 kq 800 qr qurudulmamış və 3 kq-dan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb.


V. Fətəliyev ifadəsində narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və xüsusi qulluq edərək yetişdirdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.


Faktla bağlı V.Fətəliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə İsmayıllı RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır./Demokrat.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Telegram Facebook Twitter Youtube Instagram