Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Dərs zamanı məktəbin tavanı çökdü – Azərbaycanda ilk dərs günündə "SÜRPRİZ" (FOTOLAR)

16-09-2019, 14:27

Dərs zamanı məktəbin tavanı çökdü – Azərbaycanda ilk dərs günündə "SÜRPRİZ" (FOTOLAR)







Goranboy rayonunda orta məktəbin tavanı dərs zamanı çöküb.



DogruXeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə rayonun Boluslu kəndində yerləşən orta məktəbdə baş verib.



Belə ki, səhər saatlarında 2-ci siniflərin ilk dərsə başladığı zaman sinif otağının tavanı uçub.



Hündürlükdən tökülən torpaq qatı nəticəsində sinif otağını toz bürüyüb.



Xoşbəxtlikdən hadisə baş verən zaman şagirdlərdən xəsarət alan olmayıb.





Müəllimlərin köməkliyi ilə 20-dən artıq uşaq təhlükəsiz əraziyə çıxarılıb.



Yerli sakinlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir.



Həmin məktəb 1967-ci ildə istifadəyə verilib. Təhsil ocağının sinif otaqları yararsız vəziyyətdədir. Valideynlər Boluslu kəndi ərazisində yeni məktəb binasının inşa edilməsinə ehtiyac olduğunu bildiriblər.



Qeyd edək ki, Boluslu kəndində 1442 sakin yaşayır. Kənd orta məktəbində isə 232 şagird təhsil alır.
Dərs zamanı məktəbin tavanı çökdü – Azərbaycanda ilk dərs günündə "SÜRPRİZ" (FOTOLAR)
Dərs zamanı məktəbin tavanı çökdü – Azərbaycanda ilk dərs günündə "SÜRPRİZ" (FOTOLAR)
Dərs zamanı məktəbin tavanı çökdü – Azərbaycanda ilk dərs günündə "SÜRPRİZ" (FOTOLAR)
Dərs zamanı məktəbin tavanı çökdü – Azərbaycanda ilk dərs günündə "SÜRPRİZ" (FOTOLAR)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Telegram Facebook Twitter Youtube Instagram